Yelo Bank-dan 10 milyondan artıq mənfəət

Yelo Bank-dan 10 milyondan artıq mənfəət
Yelo Bank 2021-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqladı. Ötən rüb olduğu kimi, bu rüb də Bankın əsas maliyyə göstəriciləri üzrə pozitiv dinamika müşahidə olunub. Belə ki, Bank hesabat dövrünü 10 mln manat xalis mənfəətlə başa vurub. Eyni zamanda cəmi aktivlər ötən ilin sonu ilə müqayisədə 47.5 milyon manat artaraq 438.6 mln manata çatıb.

Bankın kredit portfelində də nəzərə çarpan artım var. Belə ki, kredit portfeli ötən ilin sonu ilə müqayisədə 18.3% artaraq 364.8 mln manata çatıb. Bu müddət ərzində portfelin böyük hissəsini təşkil edən biznes kreditləri üzrə 96.2 mln, istehlak kreditləri üzrəisə 56.5 mln manat veriliş olub. Qeyd olunan dövr üzrə Bank-ın depozit portfeli də 8% artaraq 253.8 mln manata çatıb.


Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri 21.3 milyon manat təşkil edib. Bu isə ötən ilin anoloji periodu ilə müqayisədə 20% artım deməkdir. Hazırda Bankın məcmu kapitalı 63.86 mln manatdır, bu göstərici ilin əvvəlindən 10 mln manat, requlyativ tələbdən isə 13.86 mln manat çoxdur.


Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov 2-ci rübün maliyyə nəticələrini belə şərh edib: "2021-ci il üçün qarşımıza qoyduğumuz hədəflərə uyğun irəliləyirik. Qısa zamanda yeni strategiyamızın nəticələrini görmək xoşdur. Təbii ki, bu nəticələr güclü komandamız və müştərilərimizin artan etibarı olmadan reallaşa bilməzdi. Ölkə iqtisadiyyatındakı ümumi canlanma dövründə əsas diqqətimizi kiçik bizneslərin maliyyələşdirilməsinə yönəltdik. Daha çox müştəriyə xidmətlərimizi çatdıra bilməyimiz üçün ilk 2 rübdə yeni filiallarımızı istifadəyə verdik və ilin sonuna qədər də daha bir neçəsinin açılışını planlaşdırırıq. Paralel olaraq rəqəmsal həllərimizi də inkişaf etdiririk. Əsas məqsədimiz müştərilərimizin istədikləri vaxt və ən rahat formada bank xidmətlərini ala bilməsidir. İlin sonunadək daha böyük nəticələr əldə edəcəyimizə inanıram”.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kapital Bank yeni ev alanlara “Hədiyyə sertifikatı” təqdim edir

Kapital Bank daxili ipoteka ilə ev alan müştərilərə "Hədiyyə sertifikatı” təqdim edir.   Bankdan Sfera.az-a verilən məlumata görə, bu sertifikat vasitə...

"PAŞA Bank" müştərilərinə xəbərdarlıq etdi: "Zəng edənlərə məxfi məlumatlarınızı təqdim etməyin!"

"PAŞA Bank" zəng edərək müştərilərin məxfi məlumatlarını əldə edənlərlə bağlı xəbərdarlıq xarakterli məlumat yayıb.    Sfera.az bildirir ki, məlumat...

Baş nazir QƏRAR İMZALADI

"Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” təsdiqlənib. Sfera.az-ın xəbərinə ...

Manatla verilən kreditlər BAHALAŞIR

Yeni verilən kreditlər üzrə faiz dərəcələrinin təhlili göstərir ki, bu il manatla kreditlərdə faizlər yüksəlir.  Sfera.az rəsmi məlumatlara istinadən...

Azərbaycanda beşillik iqtisadi inkişaf planı bu tarixdə hazır olacaq

Azərbaycan iqtisadiyyatının inkişafı üzrə beşillik strateji plan bu ilin sonunadək qəbul olunacaq. Sfera.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri M...

10,989 milyard manat nağd pul banklardan kənardadır

Azərbaycanda olan bütün pulların 38,3 faizi nağd formadadır. Mütləq ifadədə 31,289 milyard manat olan pul kütləsinin 11,981 milyard manatı nağd pullardan ibarət...