“Yaxınlarda məsələyə aydınlıq gətiriləcək” - Deputatdan Keşikçi dağ məbədi qalmaqalına münasibət

“Yaxınlarda məsələyə aydınlıq gətiriləcək” - Deputatdan Keşikçi dağ məbədi qalmaqalına münasibət
 

 

"Bu qalmaqalda bəzi qonşu dövlətlər və Ermənistan günahkardır”


Sfera.az-a açıqlamasında bu sözləri son günlər Gürcüstanla Azərbaycan arasında sərhədddə yerləşən Keşikçi dağ məbədi ətrafında yaşanan qalmaqala münasibət bildirərkən Milli Məclisin deputatı Əflatun Amaşov deyib:

 

"Azərbaycanla Gürcüstan arasında münasibətlər yüksək strateji səviyyədədir, biz strateji tərəfdaşıq. Azərbaycanın enerji resursları Avropaya Gürcüstandan keçməklə gedir. Eyni zamanda hər iki ölkə Avropa ilə Asiyanı birləşdirən İpək Yolunun üzərindədir. Bəzi qonşu dövlətlər və Ermənistan isə təəssüf ki, Bakı ilə Tiflisin yaxın olmasından narahatlıq keçirirlər.Vaxtaşırı həmin qonşu dövlətlər müxtəlif ziyanverici fikirlər səsləndirməklə bu iki xalq arasında ədavət toxumu səpməkdə maraqlıdırlar. Gürcüstan və Azərbaycanda dinc əhalinin qanını tökən erməni canisinə ucaldılan abidə, Abxaziyadan Ermənistana gedən dəmir yolunun açılması məsələsinin gündəmə gətirilməsi Azərbaycanda haqlı mənada müəyyən narahatlıq yaradıb. Ancaq bütün bunlara baxmayaraq hər zaman istər Gürcüstan, istərsə də Azərbaycan tərəfi belə imtahanlardan üzü açıq çıxa biliblər”.

 

 

Millət vəkili hesab edir ki, bu hadisələrin qızışdırılması, eyni zamanda Keşikçi dağ məbədilə bağlı qalmaqalın yaradılmasında Ermənistanın, Gürcüstanda yaşayan erməni diasporu, eyni zamanda gürcü pasportu daşıyan, ancaq əslən erməni olan insanların rolu danılmazdır: "Keşikçi dağ məbədi Gürcüstanla Azərbaycan sərhədindən keçir. Bu monastrların mənşəcə kimlərə məxsus olduğu barədə müxtəlif fikirlər səslənə bilər. Ancaq məsələ ondadır ki, Azərbaycanla Gürcüstan arasında sərhədin üçdə biri hələlik demilitarizasiya olunmayıb. Əminəm ki, bu məsələ ilə bağlı birgə yaradılan komissiyalar, rəsmi qurumlar narahatdır və ona görə də məsələni gündəmdə saxlayırlar. Düşünürəm ki, yaxın vaxtlarda məsələyə aydınlıq gətiriləcək və Azərbaycanla Gürcüstan xalqı arasında problemlərin gərginləşdirilməsi yolunda edilən cəhdlər öz bəhrəsini verməyəcək”.


 

Qeyd edək ki, son günlər Keşikçidağ məbədi (Gereci kilsəsi) ətrafında Bakı ilə Tiflis arasında yaranan qalmaqal getdikcə böyüyür. Xatırladaq ki, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşən qədim Keşikçidağ Alban məbədi kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Gürcülər məbədin bütünlüklə onlara aid olduğunu iddia edir. Hətta Gürcüstan prezidenti Salome Zurabişvili ərazi mübahisəsini yenidən gündəmə gətirərək həmin bölgəyə səfər etməklə Azərbaycan tərəfinə təkliflərini yenidən çatdırıb. Ardınca deputatlar da bölgəyə axın ediblər. Belə səfərlərin birində bölgəyə gələn gürcü deputat Şalva Natelaşvili üzünü Azərbaycan sərhədçilərinə tutaraq azərbaycanlıarı təhqir edib: "Sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar. Siz Orta Asiyadan gəlibsiniz. Sizin Qafqazla heç bir əlaqəniz yoxdur".


Ardınca həmin deputat daha da azğınlaşaraq jurnanilstlərəaçıqlamasında "Bu Azərbaycanın Gürcüstana açıq-aşkar təcavüzü və işğalıdır. Rusiya bir tərəfdən Azərbaycan da bir tərəfdən bizə təcavüz edir"- kimi sərsəm fikirlər səsləndirib.

 

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Sabah 21 dərəcə isti OLACAQ - PROQNOZ

Sabah ölkə ərazisində havanın temperaturu gecə 10-13 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə bir dərəcə şaxtadan dörd dərəcəyədək isti, gündüz dörd...

Dövlət Xidməti Lənkəranda gənclərlə görüşdü - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Lənkəran Dövlət Universiteti və Sosial və Aqrar-Texnoloji Kolleclə birgə gənclər üç...

Azərbaycanda taksilərdə minimal gedişhaqqı 4,5 manat olacaq - BU TARİXDƏN

Köhnə avtomobillərə blok qoyulmasının taksi çatışmazlığı yaratdığı deyilir. İyun ayının 1-dən etibarən taksilərdə minimal gedişhaqqı 4.50 AZN olacaq.   ...

Unibankın biznes üçün “Bahar endirimi” kampaniyası davam edir

Biznesinizə Bahar bərəkəti qatmaq istəyirsinizsə, “Unibank”ın sahibkarlar üçün çox sərfəli kredit kampaniyası yaxşı fürsətdir.   Sfera.az...

Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"

Fransa tərəfi üzr istəməlidir.   Sfera.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransanın daxil...

Orban: "Fitso həyatla ölüm arasındadır"

"Slovakiya Baş nazirinə qarşı sui-qəsd cəhdindən hər kəs sarsıldı. Sui-qəsd faktı həmişə təəccüblüdür, lakin Avropada zorakılığın səviyyəsinin artması heç ...