Putin Si Cinpinlə GÖRÜŞDÜ: Müzakirə olunan məsələlər AÇIQLANDI

Putin Si Cinpinlə GÖRÜŞDÜ: Müzakirə olunan məsələlər AÇIQLANDI

“Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin Pekində təkbətək söhbət zamanı Ukrayna ətrafındakı vəziyyəti ətraflı müzakirə ediblər”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib. O, bu barədə jurnalist Pavel Zarubinin sualını cavablandırarkən danışıb.

 

“Çin Xalq Respublikasının sədri və prezidentimiz ayrı-ayrılıqda danışıblar” – o qeyd edib.

 

Ümumilikdə Rusiya və Çin liderləri birlikdə 12 saatdan çox vaxt keçiriblər. Səhər saatlarında onlar həmçinin geniş tərkibdə danışıqlar aparıblar. Bundan sonra dövlət başçıları hərtərəfli tərəfdaşlıq münasibətlərinin və strateji qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə dair Birgə Bəyanat imzalayıblar.

 

Yuri Uşakov deyib ki, Putin və Si Cinpin arasında danışıqlar yaxşı keçib. Onlar ticarət, iqtisadi və xarici siyasət məsələlərini müzakirə ediblər.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...