Yarımçıq qalmış Azərbaycan çempionatının qalibi açıqlandı - VİDEO

Yarımçıq qalmış Azərbaycan çempionatının qalibi açıqlandı - VİDEO
 Basketbol üzrə Azərbaycan çempionatının qalibi elan edilib.

Sfera.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Superliqanın fevral ayının 29-da keçirildiyi XX turundan sonra respublikada yaranmış gərgin epidemioloji vəziyyətə görə, XXVII Azərbaycan çempionatının oyunlarında məcburi fasilə yaranıb.

Fasiləyə qədər "Zirvə Astara” 38 xal, "Atom” 34 xal, "Gəncə” isə 32 xal ilə Superliqanın müvafiq olaraq I, II və III yerlərini bölüşdürürdü.

Bununla yanaşı, dünyada qlobal COVID-19 pandemiyasının geniş yayılması səbəbindən Beynəlxalq Basketbol Federasiyası (FIBA) martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda, bir sıra Avropa ölkələrində (Polşa, Ukrayna, Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edilib.

Bununla əlaqədar Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti bu gün virtual video-iclas keçirib. İclasda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyəsi ilə Superliqanın turnir cədvəlində mövcud sıralanmaya əsasən "Zirvə Astara” klubu Azərbaycan çempionu elan edilib.

Qeyd edək ki, bu klub ilk dəfə Azərbaycan çempionatında çıxış edirdi.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...