Yaponiya klublararası dünya çempionatına ev sahibliyi etməyəcək - RƏSMİ

Yaponiya klublararası dünya çempionatına ev sahibliyi etməyəcək - RƏSMİ
Futbol üzrə klublararası dünya çempionatı Yaponiya keçirilməyəcək.

Sfera.az Yaponiya Futbol Assosiasiyasının (JFA) rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə koronavirusun yayılması səbəb olub.

JFA bu səbəbdən mundiala ev sahibliyindən imtina etmək qərarına gəlib. FIFA tezliklə yarışın harada keçiriləcəyini açıqlayacaq.

Qeyd edək ki, mundialın 9 - 19 dekabrda təşkli nəzərdə tutulub. JFA daha əvvəl qurumun 100 illik yubileyi ilə əlaqədar yarışa ev sahibliyi etmək istəyib.


OXŞAR XƏBƏRLƏR