Yaponiya imperatoru üçün unikal “Toyota” kabrioleti hazırlanır - FOTO

Yaponiya imperatoru üçün unikal “Toyota” kabrioleti hazırlanır - FOTO

"Toyota” şirkəti Yaponiyanın yeni imperatoru Naruhitonun oktyabrda keçiriləcək tacqoyma mərasimi üçün "Toyota Century” sedanının xüsusi modelini hazırlayıb. Kabrioletdən yalnız bir istehsal ediləcək. 

Vesti.ru xəbər verir ki, Yaponiyada "Toyota Century” rusların "Aurus Senat”ı kimi vəzifəli şəxslər və iş adamları üçün nəzərdə tutulmuş bahalı, nüfuzlu və nadir yerli avtomobildir.

Amma sonuncu "Century”nin açıq versiyasını ala bilməyəcəksiniz. Çünki təntənəli kabriolet yalnız mərasim səfərləri üçün nəzərdə tutulub.

 

2018-ci il modelinin flaqman markası əsasında qurulmuş "Toyota Century”  "Japanese Nostalgic Car”a görə, dörd tam qapıya və 5340 mm uzunluğa sahibdir. Avtomobildə hər şey imperatorun davranış və hərəkəti vəziyyətinə uyğun dizayn olunub. 

Məlumata görə, istehsalçı hələ layihə ilə bağlı hər hansı texniki məlumat dərc etməyib.

Bu maşın "Century”nin ilk üstü açıq versiyasıdır. Deyilənə görə, sonuncu da ola bilər. Yaponiyanın yeni imperatorunun tacqoyma mərasimi oktyabrın 22-də 190 ölkənin liderlərinin iştirakı ilə baş tutacaq. 

 

OXŞAR XƏBƏRLƏR

5 yaşlı qız milyard sərvət qazandı - FOTOLAR

 Böyük Britaniya Kraliçası II Elizabetin nəticəsi Şarlotta beş yaşında olmasına baxmayaraq, 3 milyard funt sterlinq (5,1 milyard AZN) qazanıb. Sfera....

23 yaşlı gənci övladlığa götürdü, sonra ona ərə getdi - FOTO

 64 yaşlı qadın 23 yaşlı gənci övladlığa götürdükdən bir il sonra onunla ailə qurub. Sfera.az xəbər verir ki, qeyri-adi izdivac İndoneziyada qeydə al...

12 ildir yağış yağmayan bölgə “ağ örpəyə” büründü

 12 ildir yağışa həsrət qalmış Cənubi Afrika Respublikasının quraqlıq bölgəsində yaşayan sakinlər qarın yağmasını təəccüblə qarşılayıblar. Sfera.az x...

İnanılmaz “cəsarətli” oğurluq hadisəsi kameralarda - VİDEO

 Sosial şəbəkələrdə inanılmaz dərəcədə "cəsarətli” oğurluq hadisəsinin görüntüləri yayılıb. Sfera.az xəbər verir ki, kadrlardan görünür ki, gənc qarş...

Konor Makqreqor Azərbaycan bayrağı olan şəkli paylaşdı - FOTO

 İrlandiyalı məşhur MMA döyüşçüsü Konor Makqreqor Azərbaycanla bağlı maraqlı paylaşım edib. Sfera.az xəbər verir ki, Sadiq Əlizadə adlı izləyici Makq...

Yeni təhlükəli “çelenc” başlayıb - FOTO

 ABŞ-da sosial şəbəkələrdə "George Floyd challenge” həştəqi ilə yeni təhlükəli flaşmoba start verilib. Sfera.az xəbər verir ki, ağdərili yeniyetmələr...