Yapı Kredi Bank Azərbaycan-da kompensasiya ödənişləri davam edir!

Yapı Kredi Bank Azərbaycan-da kompensasiya ödənişləri davam edir!
 

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq problemli kreditlər üzrə kompensasiyaların köçürülməsinə bu həftədən etibarən başlanmışdır.

Yapı Kredi Bank Azərbaycan müştərilərinin rahatlığını təmin etmək və vaxtlarına qənaət etmək məqsədilə onlara öncədən SMS vasitəsilə məlumatlar göndərmişdir. Ünvanlanan SMS-də müştərilərin əldə edəcəyi kompensasiya məbləği, yaxınlaşmalı olduğu filial və tarix barədə məlumatlar yer alıb. Kompensasiyasını almaq üçün filiallara yaxınlaşan müştərilərin etibarlı şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri xahiş olunur.

Qeyd edək ki, məbləği 500 manatadək olan ödənişlər nağd, göstərilən məbləğdən artıq olan kompensasiyalar isə ödəniş kartları vasitəsilə həyata keçiriləcək.

Onu da əlavə edək ki, kompensasiyaların ödənişi prosesi Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyələrinə müvafiq olaraq Yapı Kredi Bank Azərbaycan-da yaradılmış İşçi qrupunun nəzarəti ilə həyata keçirilir. Müştərilərimiz onları maraqlandıran istənilən sualı bankın bütün filiallarındakı məsul əməkdaşlarımıza, *0444 Telefon Mərkəzinə və ya (012) 497 77 14 qaynar xəttinə ünvanlaya bilərlər.



OXŞAR XƏBƏRLƏR

Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

Böyük Britaniya Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə əməkdaşlığa görə Rusiyanın iki şirkətinə qarşı sanksiyalar tətbiq edib.   Sfera.az TAS...

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

"Qərb ölkələri Ukrayna münaqişəsinin həlli səbəbilə danışıqlara başlamaq üçün Ukrayna lideri Volodimir Zelenskiyə koordinasiyalı diplomatik təzyiq göstərmə...

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib.    Sfera.az xəbər verir ki, o, kanalla işbirliyinə son qoyub.    S.Mustafayeva xəbəri...

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Milli Məclisin növbəti iclası mayın 21-də keçiriləcək.   Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib:   1. İnsan a...

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

Rusiyanın Xarkovu ələ keçirmək planı yoxdur.   Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib....

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Cıdır düzündə olublar.   Sfera.az xəbər verir ki, bu barədə ...