YAP sədrinin oğlu həbs olundu - Narkotikə görə

YAP sədrinin oğlu həbs olundu - Narkotikə görə
 Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.
 

Sfera.az xəbər verir ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.

Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.

F.Ağayev həm dekabrın 23-də keçiriləcək bələdiyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir. 

(report)



OXŞAR XƏBƏRLƏR