YAP rəhbərliyində dünyanın nüfuzlu universitetlərinin məzunları arasında KİMLƏR VAR?
16:55 / 02.03.2021
2037
Martın 5-də baş tutacağı gözlənilən və ölkə
siyasi həyatında mühüm hadisə hesab edilən hakim Yeni Azərbaycan Partiyasının
qurultayı gündəmin başlıca müzakirə mövzusudur.
Siyasi təhlilçilər və ekspertlər qurultayda
mühüm qərarların qəbul ediləcəyini, partiya rəhbərliyində mühüm kadr dəyişikliklərinin
reallaşacağını proqnozlaşdırırlar.
Hadisələri qabaqlamadan və konkret olaraq
hansı dəyişikliklərə gediləcəyini proqnozlaşdırmadan YAP-ın rəhbər
strukturlarında təmsil olunanlar haqda zəruri informasiyaları təqdim edirik.
Bu baxımdan Sfera.az həmin şəxslərin hansı
universitetlərdə təhsil almalarını araşdırıb. Maraqlıdır, YAP rəhbərliyində
dünyanın nüfuzlu universitetlərinin məzunları arasında kimlər var? Beləliklə...
Siyasi Şuranın üzvü Əli Əsədov - Plexanov
adına Xalq Təsərrüfatı Universitetinin məzunu
Siyasi Şuranın üzvü Abel Məhərrəmov -
Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu
Siyasi Şuranın üzvü Əli Həsənov - Lomonosov
adına Moskva Dövlət Universitetinin məzunu
YAP-ın İdarə Heyətinin üzvü Hacıbala
Abutalıbov – Bakı Dövlət Universitetinin məzunu
YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov - Moskva Dövlət Tarix-Arxiv
İnstitutunun məzunu
YAP-ın Sədr müavini Akif Əlizadə - Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin məzunu
Siyasi Şuranın üzvü Rövnəq Abdullayev - M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin məzunu
YAP İcra katibinin müavini Mübariz Qurbanlı – Azərbaycan Dövlət
Universitetinin Tarix fakültəsinin məzunu
YAP Naxçıvan Muxtar Respublikası təşkilatının
sədri Vasif Talıbov - Naxçıvan Dövlət Pedaqoji Institutunun və Bakı Dövlət
Universitetinin məzunu
YAP-ın İdarə Heyətinin üzvü Yaqub Eyyubov - Azərbaycan
Politexnik İnstitutunun məzunu
Siyasi Şuranın üzvü Oqtay Əsədov - Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin məzunu
Siyasi Şuranın üzvü Ramiz Mehdiyev - Bakı Dövlət
Universitetinin məzunu
Siyasi Şuranın üzvü Novruz Məmmədov - Azərbaycan Pedaqoji Dillər
İnstitutunun məzunu
Siyasi Şuranın üzvü Misir Mərdanov – Bakı Dövlət
Universitetinin məzunu
Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin
müdiri- Mirzəzadə Aydın Böyükkişi oğlu -
Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Bakı Sosial İdarəetmə və
Politologiya İnstitutunun məzunu
Günay
Sfera.az