Yanvarın 25-dən bu iş yerləri açılır

Yanvarın 25-dən bu iş yerləri açılır
Yanvarın 25-dən bu iş yerləri açılacaq.

Sfera.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

 

Məlumata görə, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

 

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall”ların fəaliyyəti istisna olmaqla);

 

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

 

● muzey və sərgi zallarının fəaliyyəti;

 

● şəhərlərarası və rayonlararası hərəkət.


OXŞAR XƏBƏRLƏR