Yanvar ayından pensiyalar bu qədər artacaq - MƏBLƏĞ

Yanvar ayından pensiyalar bu qədər artacaq - MƏBLƏĞ
 

"Hazırda pensiyanın minimum məbləğinin artırılması üçün hesablama işləri aparılır. Bunun nəticəsindən asılı olaraq artımla bağlı müəyyən qərar qəbul ediləcək".

Sfera.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyində keçirilən mətbuat konfransında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov deyib.

O, hər ilin əvvəlində ölkə başçısının tapşırığına uyğun olaraq pensiyaların indeksləşdirilməsinin həyata keçirildiyini vurğulayıb: "Nəzərdə tutulub ki, yalnız indeksləşdirmə xərcləri hesabına pensiya məbləği artacaq. Bunun əsasında təxminən 200 manat pensiya alan şəxsin pensiyası növbəti ilin yanvar ayından sonra 27-30 manat civarında artacaq".
 Yeni il qabağı pensiyaların əvvəlcədən ödənilib-ödənilməyəcəyinə toxunan direktor pensiya ödənişlərinin müəyyən qrafik əsasında həyata keçirildiyini bildirib: "Bayram günləri olduqda isə pensiya ödənişi həmin qrafikə nəzərdə tutulan vaxtdan daha əvvəl həyata keçirilir. Yeni il bayramı ərəfəsində də pensiyaların qrafikdə nəzərdə tutulan müddətdən daha tez ödəniləcəyi gözlənilir". (APA)

OXŞAR XƏBƏRLƏR

İcra başçısının oğlunun dəbdəbəli toy karvanı - VİDEO

 Ölkədə korrupsiya ilə məşğul olan icra başçılarının həbsi gündəmdə olduğu bir vaxtda Göyçay rayonunun icra başçısı oğlunun toyu ilə xəbərə çevrilib. Ra...

Zakir Fərəcovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ

  Nizami rayon Prokurorluğunda yeni təyinat olub. Sfera.az bildirir ki, Pərvin Fərəcov rayon prokurorunun müavini vəzifəsinə təyin edilib. Qeyd edək k...

Misir Mərdanov da deputat olmaq istəyir - AÇIQLAMA

  Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Budəfəki seçkilərdə bir sıra "supriz” namizədlərin olacağı istisna ed...

Orduxanın dostu da tutuldu - Almaniyada "mühacir ovu"

 Almaniyada saxta sənəd düzəldib, mühacir alveri ilə ittiham olunaraq saxlanılan azərbaycanlılar arasında blogger Orduxan Teymurxanın dostu da var. Sfer...

Sabir Rüstəmxanlı qardaşının Almaniyada həbs olunmasından danışdı

"Hadisə barədə məlumatlıyam. Ümid edirəm ki, məsələ araşdırıldıqdan sonra aydınlaşacaq”. Sfera.az  xəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq de...

İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA

Dünən İsraildə baş tutan "Eurovision”un ikinci yarımfinaldan sonra keçirilən mətbuat konfransında Azərbaycan bayrağının mikrofon üzərinə tərs yapışdırılması tən...