Xoşbəxtlik üçün nə qədər pul lazımdır ? – Sorğu

Xoşbəxtlik üçün nə qədər pul lazımdır ? – Sorğu
Rusiyada maraqlı sorğu keçirilib. Belə ki, ölkədə "xoşbəxtlik üçün nə qədər pul lazımdır?” sualına cavab axtarılıb. 

Məlum olub ki, rusların xoşbəxtlik üçün kafi hesab etdikləri aylıq gəlir 178 min rubldur. Bu məbləğ Azərbaycan pulu ilə ifadədə 4 076 manatdır. 

Sfera.az saytı "rbc.ru”ya istinadən xəbər verir ki, rusların xoşbəxtlik üçün istədikləri məbləğ 2017-ci illə müqayisədə azalsa da, son ayların ən yüksək həddinə çatıb. Rusiya vətəndaşları dörd il əvvəl orta statistik rusiyalının xoşbəxt olması üçün 184 min rubl (5 212 manat) kifayət etdiyini düşünürdülər.

Kişilərə xoşbəxtlik üçün qadınlardan daha çox pul lazımdır. Onlar ayda 203 min rubl (4 648 manat), qadınlar 155 min rubl (3550 manat) arzulayıblar.  

Yaşı 24-dən az olan gənclər isə xoşbətlik üçün 126 min rubl (2 885 manat) istəyiblər.

Xoşbəxtlik üçün ən çox pulu Moskva şəhərinin sakinləri istəyir. Onlar hesab edir ki, xoşbəxt olmaq üçün bir ayda 228 min rubl (5 221 manat) lazımdır. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR