Xırdalanda dağıntılar altında daha bir uşağın qaldığı ehtimal olunur
09:41 / 26.01.2021
1160
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.
Sfera.azxəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan azyaşlının xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır.
İndiyədək dağıntılar altından 6 nəfər vətəndaş xilas olunaraq təhvil verilib, daha bir nəfərin isə cəsədi çıxarılıb. (Report)