No Image

XİN: Ermənilər Azərbaycanın 1 107 məktəb və 855 uşaq bağçasını dağıdıb

XİN: Ermənilər Azərbaycanın 1 107 məktəb və 855 uşaq bağçasını dağıdıb
 "Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən mayın 28-də qəbul etdiyi 74/275 saylı qətnaməyə uyğun olaraq sentyabrın 9-u Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan edilib.

Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyalarının tərəfdaşı olan Azərbaycan Respublikası qətiyyətlə və davamlı olaraq uşaq hüquqlarının səmərəli müdafisinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə dəstək verir".

Sfera.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı yaydığı açıqlamada əksini tapıb. 

"Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib.

Etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlılar, o cümlədən məktəblilər, tələbələr və müəllimlər Ermənistandakı doğma torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salındılar. On minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün düşmüş oğlan və qızlar, bu vəziyyətdən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirməyə davam edirlər.

Təmas xətti boyunca yaşayan bir çox məktəblilər, rəsmi atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən heç bir fərq qoyulmadan atəşə məruz qalmaq təhlükəsi altında davamlı olaraq dərslərində iştirak edirlər. Belə ki, yalnız 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan gördü, Ağdam rayonunun Sarıcalı kəndində 220 məktəblinin təhsil aldığı orta məktəb də məhv edildi.

9 sentyabr tarixini Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi dünya ictimaiyyəti ilə birgə qeyd edərək, azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistanın daşıdığı məsuliyyətini vurğulayırıq. Eyni zamanda, bu əlamətdar günün məqsədinin həyata keçirilməsi kontekstində, bütün günahkarların ədalət qarşısına çıxarılması vasitəsilə yuxarıda göstərilən cinayətlərin cəzasızlığına son qoyulmasının son dərəcə vacibliyini vurğulayırıq.

Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinin (822, 853, 874 və 884) tələblərini yerinə yetirməli, on minlərlə azərbaycanlının təhlükəsiz təhsil almaq hüquqlarının həyata keçirməsinə imkan yaratmalıdır. Azərbaycan bu xüsusda beynəlxalq birliyin dəstəyinə və həmrəyliyinə güvənir", - XİN-dən bildirilib. 

OXŞAR XƏBƏRLƏR

Düşmənin məhv edilən döyüş texnikasının - SİYAHISI

Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tut...

Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarında gedir

Dağlıq Qarabağda gərgin döyüşlər gün boyu davam edib. Səhər tezdən erməni işğalçı qüvvələrinin topçuları Azərbaycanın Tərtər şəhərinin mərkəzini vurub. ...

Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub

 Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş t...

Türkiyə və Azərbaycan Ədliyyə nazirləri arasında telefon danışığı olub

 Sentyabrın 30-da Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gülün təşəbbüsü ilə Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında telefon danışığı o...

Prezidentin köməkçisi: “Məqsədimiz vətəndaşların təhlükəsizliyini təmin etməkdir”

 "Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatının əsas məqsədləri qoşunların təmas xəttində yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, Azə...

İlham Əliyev Küveyt əmirinə başsağlığı verib

 Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha başsağlığı məktubu göndərib.  Sfera...