“26 mindən çox tələbə qız kreditdən istifadə edib”

“26 mindən çox tələbə qız kreditdən istifadə edib”

“Qadınlar cəmiyyətin inkişafında böyük rol oynayır”.

 

Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov Laçında keçirilən Qadınlar Forumu çərçivəsində panel sessiyasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda təhsil sistemini ən böyük sistem adlandırmaq olar. O bildirib ki, hazırda ölkədə 1,6 milyon şagird, milyonlarla tələbə təhsil alır. 

 

E.Nasibov qeyd edib ki, ölkə universitetlərində cari olaraq tələbələrin 52,1 faizini qızlar təşkil edir. Bu göstərici peşə təhsili sahəsində isə 36 faizdir. O, əlavə edib ki, bu rəqəmin 40 faizə çatdırılması planlaşdırılır.

 

Təhsilin İnkişafı Fondunun sədri, həmçinin bildirib ki, 2023-2024-cü illərdə 26 mindən çox tələbə qız tələbə kreditindən istifadə edib: “2024-2025-ci illərdə isə bu vəsaitdən istifadə edənlərin 61 faizini qızlar təşkil edib”.


OXŞAR XƏBƏRLƏR

Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - VİDEO

ATV-nin efirində müğənnilər arasında gərginlik yaşanıb.   Publika.az xəbər verir ki, "Rəngarəng"də qonaq olan müğənni Bəturə Hüseynova ilə ...

Ucuz evi haradan almaq olar? - VİDEO

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə sat...

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...