XİN: Almaniya Dağlıq Qarabağdakı separatçı rejimi tanımır

XİN: Almaniya Dağlıq Qarabağdakı separatçı rejimi tanımır
 "Almaniya Federativ Respublikası qondarma "Arsax Respublikası”nı tanımır. Müvafiq olaraq, bu qondarma qurumun nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndələri mövcuddur, nə də qəbul edilmiş nümayəndəliyi".

Sfera.az azərtac-a istinadən xəbər verir ki, Almaniyanın Xarici İşlər Nazirliyi bunu Azərbaycan tərəfinin rəsmi sorğusuna cavabında bəyan edib.

"AFR Cinayət Məcəlləsinin 132-ci paraqrafına əsasən, xarici titullardan, yaxud da vəzifə və xidməti rütbələrdən, o cümlədən bu cür adlarla qarışdırıla bilən adlardan istifadə cinayət hesab edilir. Buraya həmçinin o adlar da aid edilir ki, istifadə edən şəxs onların köməyi ilə mövcud olmayan ölkənin vəzifəli şəxsi görünüşünü yaradır”.

Beləliklə, rəsmi Berlin qondarma "Arsax Respublikası”nın AFR-dəki daimi nümayəndəliyi”nin qanunsuz fəaliyyəti barədə açıq-aşkar bəyan edib.

AFR-in bu bəyanatını sərbəst interpretasiya etmək cəhdlərinə yol verilməməsi məqsədilə bu ölkənin Xarici İşlər Nazirliyi bu dəfə artıq şəxsən Arutyun Qriqoryana – Almaniyada az qala "Arsaxın AFR-dəki səfiri” kimi təqdim olunan fırıldaqçıya aid aşağıdakı izahı əlavə edib.

Ölkənin xarici siyasət idarəsinin sənədində bildirilir: "Bununla bağlı AFR XİN cənab Qriqoryandan Dağlıq Qarabağın beynəlxalq-hüquqi subyektliyinin hər hansı görünüşünün və onunla bağlı diplomatik və konsulluq nümayəndəliyinin yaradılmasını dərhal dayandırmağı yazılı şəkildə tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə hüquqi tədbirlər görüləcəyi nəzərə çatdırılıb”.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...