Xərçəngi yox edən möcüzəvi bitki - XƏSTƏLİKLƏRİ MƏHV EDİR

Xərçəngi yox edən möcüzəvi bitki - XƏSTƏLİKLƏRİ MƏHV EDİR
Atpıtrağı son illərdə geniş yayılmış bütün xərçəng növləri, revmatizm, artrit və osteoxondroz xəstəliyini müalicə edir.

Sfera.az publika.az-a istinadən xəbər verir ki, bu faydalı bitki şəkərli diabet, bronxit, sinüzit, qut, sümük sınığı, ateroskleroz, qulaq xəstəlikləri, xroniki koronar çatışmazlığına qarşı olduqca effektlidir. Bu möcüzəvi bitki hepatit xəstəliklərinə də müsbət təsir göstərir. Hətta ən şiddətli Hepatit C atpıtrağının köməyi ilə müalicə edilə bilər.

Atpıtrağı kökü qaraciyər şişlərini, hətta sirozu müalicə edir. Xolesistit, böyrək xəstəliklərini müalicə edir, böyrək və öd daşlarını əridir. O, bütün dəri xəstəliklərində istifadə edilir: yanıqlar, ekzema, yazva, saç tökülməsi, yaralar, sədəf, qırmızı qurdeşənəyi xəstəliyi və s. Bir sözlə, atpıtrağı bir çox dəri xəstəliklərini sağalda bilir.

Atpıtrağı kökü qripi də müalicə edir, temperaturu azaldır. Bitkinin kökü və cökə çiçəklərimdən hazırlanan isti cövhər bədəni tərlədir və temperaturu aşağı salır.

Cövhəri necə hazırlamaq lazımdır?

Atpıtrağı kökü yazın əvvəllərində daha qiymətlidir, ancaq onları payızda da toplaya bilərsiniz. O, ikiillik bir bitkidir. Daha cavan yarpaqları olan bitkinin köklərini istifadə etmək daha təsirli olar. Qurumuş yarpaqları olan bitkinin kökləri faydasızıdır, o, bütün gücünü çiçəklənməyə verib. Onun pıtraqlarını yığıb qaynada və qarqara edə bilərsiniz. Bu, xəstə dişləri və ağrıları rahatlaşdıracaq.
 
Kökləri qazın, yuyun və qurudun. Bitkinin kökü qalındır, odur ki, kəsilməlidir. Bir qaşıq quru doğranmış kökləri iki stəkan qaynar su ilə qarışdırın. On dəqiqə qaynadın. Dəmlənməsi üçün iki saat gözləyin. Gündə üç dəfə yeməkdən 10-15 dəqiqə əvvəl yarım stəkan süzün və için. Dərmanı yeməkdən əvvəl içdiyiniz zaman qan onu həmən əmir və bədən boyunca daşıyır.

Atpıtrağı kökünün klassik spirtdə məhlulunu hazırlamaq üçün doğranmış 1 stəkan köklərin üzərinə 400 ml araq əlavə edilir. 1 həftə qaranlıq sərin yerdə saxlanılır. Arada çalxalamaq lazımdır. 1 həftə sonra cövhər süzülür. Şüşə qabda soyuducuda saxlanılır. Gündə 10-15 damcı 2 qaşıq suda həll edərək yeməkdən öncə gündə 3 dəfə içilir. Oynaq ağrısı, revmatizm və artroz, ostexondrozda içməklə yanaşı, ağrıyan yerə gecə çəkilir

OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...