Xatirə İslamın TV-lərlə qonorar davasına həmkarlarından REAKSİYA – “Pulu sənətkara verərlər...”
12:09 / 23.02.2021
1989
Ötən həftə müğənni Xatirə İslam efirə çıxmaq
üçün proqramlardan pul tələb edəcəyini bildirmişdi. Bu açıqlama sənət aləmində
fikir ayrılıqlarına, müxtəlif reaksiyalara səbəb olub.
Belə ki, aktrisa-aparıcı Oksana Rəsulovainstaqramda canlı yayımda "Sən efir sayəsində
tanınmış sima olmusan. İndi pul istəmək düzgün deyil. Çünki insanlar bizi
televiziya sayəsində tanıyıb və seviblər” -, deyə bildirib.
O, müğənni Xatirə İslamın şou gündəmini zəbt
edən qonorar açıqlamasına etiraz edib. Oksananın fikrincə, Xatirə televiziya
vasitəsilə populyarlıq əldə edib və buna görə də, kanal rəhbərlərindən qonorar
tələb edə bilməz: "Əvvəlcədən belə olsaydı, deyərdim yaxşı! Axı buna öyrəşməmişik,
hələ bizdə bu ənənə formalaşmayıb. Əgər telekanallar bunu özləri qəbul etsəydi,
nə gözəl. Amma indi büdcə yoxdur”.
Qalmaqallı açıqlamaları ilə gündəmə gələn müğənni
Əli Mirəliyev isə düşünür ki, müğənnilər efirə çıxmaq üçün ödəniş etməlidirlər.
Sfera.az-a danışan müğənni qeyd edib ki, bu
gün gənc ifaçılar özfəaliyyət səviyyəsində oxuyurlar:
"Onlar sənətçi deyillər axı, pulu sənətkarlara
verərlər. Mənə verirlər, onlara yox. Onlar
gedib səslərini studiyada yazdırırlar və "biz müğənniyik” deyirlər.
Baxırsan ki, bu adam nə gəldi oxuyub. Həmçinin sözləri də təhrif edirlər.
Onlara kim pul verər? Gərək həmin müğənni televiziyada göründüyünə görə pul ödəsin”.
Ə.Mirəliyev sovet dönəmində efirlərə dəvət
edilən sənətkarlara qonorar ödənildiyini də vurğulayıb:
Günay
Sfera.az