Xaricdə təhsil almış məzunlar Ağdamda

Xaricdə təhsil almış məzunlar Ağdamda
Təhsil Nazirliyinin təşkilatçılığı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Hökümətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil almış bir qrup məzunun işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub.

Səfərdə 71 nəfər Dövlət Proqramı və HTP məzunu iştirak edir.

Dünyanın 17 ölkəsinin (ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Belçika, Çexiya, Çin, İsveç, İsveçrə, İtaliya, Kanada, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rusiya, Türkiyə) 60-a yaxın nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə təhsil alan məzunlar hazırda Azərbaycanda müxtəlif dövlət qurumlarında və özəl şirkətlərdə rəhbər və aparıcı mövqelərdə çalışırlar.

Qeyd edək ki, məzunlar səfər çərçivəsində Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrını ziyarət edəcəklər. // APA

OXŞAR XƏBƏRLƏR