\"Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşlarımıza pensiya ayrılmalıdır\" - Natiq Cəfərli

\
"Azərbaycan Xankədi və ətrafında yaşayan vətəndaşlarımızın elektrik enerjisi, qaz və su ilə təminatını öz üzərinə götürməlidir”.
 
Sfera.az bildirir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Ermənistandan gələn xəttlər kəsilməli, əvəzində "Azərqaz”, "Azərsu”, "Azərenerji” Xankəndi və ətrafına yeni kommunikasiya xəttləri çəkməli, erməni əsilli vətəndaşlarımızı həmin xəttlərə qoşmalıdır:

"Sayğacların quraşdırılması və əhalinin siyahıya alınması baş verməlidir, ödənişlər üçün Xankəndi və digər yaşayış məntəqələrimizdə ödəniş aparatları qurulmalı, manatla ödənişlərin qəbuluna başlanmalıdır. Hətta, Xankəndi və ətrafında yaşayan təqaüd yaşında olan erməni əsilli vətəndaşlarımıza pensiya ayrılmalı, onlara bank kartları paylanılmalı, ərazidə bankomatlar quraşdırılmalıdır. Belə addımlarla Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşlarımızı ölkənin kommunikasiya xəttlərinə və maliyyə sisteminə inteqrasiya edilməsinin başlanğıcı olacaq. Əgər Ermənistandan qeyri-qanuni gələn xətlər kəsiləcəksə, orada yaşayan insanların bizim sistemə inteqrasiya olmaqdan başqa çarələri qalmayacaq”.

N.Cəfərli qeyd edib ki, elektriki, qazı kimin təmin etməsi Moskvaya fərq etmir:

"Biz erməni əsilli vətəndaşlarımızı dışladıqca, onlar rusun qucağına daha bərk oturacaq və onları o qucaqdan qoparmaq mümkünsüz olacaq. Zatən Kreml o qondarma qurumu de-fakto tanıyıb. Biz aktiv olmasaq, məqamı gəlsə, "rusməramlıların” burnu biz tərəfdən qanasa, həmən "de-jure” də tanıyacaqlar. Bunu istəyirsiniz?!”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR