Xalq artistinin kitabı çıxdı: Satış üçün deyil, yalnız özüm hədiyyə edəcəyəm

Xalq artistinin kitabı çıxdı: Satış üçün deyil, yalnız özüm hədiyyə edəcəyəm

Xalq artisti Həmidə Ömərovanın "Mən öləndən sonra xoşbəxt idim” adlanan kitabı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəşriyyatında məhdud tirajla buraxılıb.

Oxu.Az-a təəssüratlarını bölüşən Xalq artisti bildirib ki, kitabı daha çox iki oxucusuna görə çap etdirib:

"Bu kitabı daha çox deputat Aydın Mirzəzadə və sevimli yazıçım Əli Əmirlinin israrlı təkidlərindən sonra nəşr etmək qərarına gəldim. Kitabın "Son söz” hissəsində də yazmışam ki, bu kitabı ən çox iki oxucuma görə çap etdirmişəm.

Son 20-25 il ərzində müxtəlif saytlarda yazdığım köşə yazılarımın çox az bir hissəsini və serial ssenarisinin bir hissəsini çap etdirmək qərarına gəldim. Bunu geniş oxucu auditoriyasına çatdırmaq üçün deyil, məni tanıyanlara, yazılarıma bələd olanlara, yazdıqlarımı oxumaq istəyənlər üçün etdim. Ona görə də kitab çox məhduddur”.

H.Ömərova kitabının təqdimat mərasiminin keçirilməsini belə düşünmədiyini deyib:

"Yalnız öz yaxınlarım, əzizlərim və ailə üzvlərim üçün bir nüsxə çap etdirmişəm. Amma indi görürəm ki, maraq var. Əgər tələbat olsa, bəlkə, yenə də çap etdirdim. Bu, hədiyyə etmək üçün çap olunan kitabdır. Yalnız özüm bağışlayacağam. Kitabın satışı olmayacaq”.

O qeyd edib ki, kitabdakı hekayələrin 80-90 faizi avtobioqrafik xarakter daşıyır:

"Hekayələrimdə ailəm, oğlum, anam və ətrafımdakı insanlardan söhbət açılır. Hazırda kitabın ikinci hissəsi məndə var. Əgər birinci hissə oxucuların xoşuna gəlsə, onda ikinci hissə də çap olunacaq”.

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...