“Xaç atası” filminin çəkildiyi villa satışa çıxarıldı – Borca görə...

“Xaç atası” filminin çəkildiyi villa satışa çıxarıldı – Borca görə...
Məşhur "Xaç atası” filminin çəkildiyi villa satışa çıxarılıb.

Sfera.az xəbər verir ki, qeyd edilən villanın uzun müddətdir satışı planlaşdırılsa da, mümkün olmurdu. Məhz bu səbəbdən onu "uğursuz yer” adlandırırdılar. Malikanə hazırda 89,75 milyon dollara satışa çıxarılıb. Mülkün sahibi Leonard Rosun bu addımı atma səbəbi də açıqlanıb.

Belə ki, məlumata görə, malikanənin tabe olduğu əmlak şirkəti borca girib və prokurorluq Rosdan evi dərhal satmasını istəyib. Ros  satışı üçün 2016-da 195,
2018-də 135, 2020-ci ildə isə 125 milyon dollar müəyyən etdiyi evin qiymətini yenidən aşağı salmaq məcburiyyətində qalıb.
 
Malikanənin içərisində ikimərtəbəli nəhəng kitabxana, idman zalı, tennis kortu və bir neçə hovuz var.

Qeyd edək ki, adıçəkilən villa 1927-ci ildə tikilib. Villa filmdə Cek Volt obrazının evi olaraq istifadə edilib. Eyni zamanda ABŞ-ın saniq prezidenti Con Kennedi bal ayı tətilini burada keçirib.
 

OXŞAR XƏBƏRLƏR