Vüsal Babayevin rüşvət alması belə müəyyən olunub - RƏSMİ AÇIQLAMA

Vüsal Babayevin rüşvət alması belə müəyyən olunub - RƏSMİ AÇIQLAMA
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həbs edilən Vüsal Babayevlə bağlı açıqlama verib.

Xidmətdən bildirilib ki, 2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsində yoxlamalar keçirilib: "Xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb, xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib.

Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb. Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim aparılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir”.

Qeyd edək ki, Vüsal Babayev Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

O, rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. // "Qafqazinfo"

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Pərviz Həşimidən MTN-lə bağlı AÇIQLAMA: "Məni və naziri şərləmişdilər"

"2013-cü ilin bu günü Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən dövlət adına cinayət törədildi, şərlənərək həbs olundum və xüsusi amansızlıqla...

Eldar Həsənov məhkəmədən xərəkdə çıxarıldı - FOTO

Keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı...

Deputatla bağlı Baş Prokuror və DTX rəisinə müraciət edildi - ŞOK Oğurluq iddiası/FOTO

Milli Məclisin deputatı Rəfael Hüseynovla bağlı Respublika Prokuroru Kamran Əlivevə və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edilib. ...

Xaricdə yaşayanlara saxta vaksin pasportu satanlara cinayət işi açıldı

"Ağcabədi rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsinin Avşar kənd həkim məntəqəsində bəzi şəxslərə "COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı sax...

Ailəsinin ölümündə günahlandırılan atadan ETİRAF – “Gəlin məni öldürün” - VİDEO

"Qızımın qatili deməyə də dilim gəlmir. Əgər balamın qatiliyəmsə, gəlin məni orada öldürün. Mənim balam ölüb, artıq yaşamağa o qədər də meylim qalmayıb”. Sfe...

Ana körpəsi ilə birgə intihar etdi, ya öldürüldü?

Ötən gün Bakıda övladı ilə birgə özünü binadan atdığı deyilən qadının anası onun bunu intihar məqsədilə etmədiyini iddia edir.  Sfera.az xəbər verir ...