No Image

Virusa görə yenidən qapanmaya gedilir? - AÇIQLAMA

Virusa görə yenidən  qapanmaya gedilir? - AÇIQLAMA
 

Xəbər verdiyimiz kimi Azərbaycan üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür. İkinci yerdə 15,6 fazilə Abşeron qərarlaşıb. İlk üçlüyü isə 10,4 faizlə Aran qapadır. Növbəti yerlərdə Gəncə-Qazax (6,4), Lənkəran (4,3), Quba-Xaçmaz (2,1),Şəki-Zaqatala (1,8), Dağlıq Şirvan (1,6), Yuxarı Qarabağ (1) qərarlaşıb.

Ən az yoluxma isə Naxçıvanda qeydə alınıb - cəmi 0,04 faiz. Paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb - 14,3 faiz.

Bakı şəhərində virusa yoluxma faizinin yüksək olmasını, eyni zamanda payız mövsümündə respirator xəstəliklərin artmasını, əhali sıxlığını, məktəblərin açılmasını nəzərə alsaq, yenidən koronavirusa görə qapanmaya gedilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a azərbaycanlı professor Adil Qeybulla danışıb: "Məsələ burasındadır ki, bu addım karantin qaydalarının pozulması ilə bağlıdır. İctimai nəqliyyatda vəziyyət göz önündədir.

Bakı Nəqliyyat Agentliyininin işçiləri ictimai nəqliyyatda qayda- qanun yaratmaq əvəzinə küçələrdə maşın çəkməklə məşğuldur. İctimai nəqliyyatda virusa yoluxma şansı və potensialı böyükdür.

Metrolarda da bu cür təmaslar yavaş- yavaş artacaq. Təmaslar artdıqca problemlər artacaq. Buna görə də karantin davranışları çox mühümdür. Gələcəkdə hansısa sürprizlər baş verərsə, biz pandemiyadan "evdə qal" yolu ilə deyil, İsveç və Yapon modelində olduğu kimi "həyat davam edir" prizmasından məsələyə yanaşmalı və yaşamalıyıq.
Bir müddət sonra ÜST post- pandemiya dövrünün araşdırılması nəticəsində belə qənaətə gələcək ki, əslində biz virusa qarşı düzgün yol tutsaydıq bəlkə də dünyada və 5 aydır ki, Azərbaycandakı üzücü evdə qal kompaniyasına ehtiyac qalmazdı.

İnsanlara sərt karantin davranışı deyəndə qorxuya düşdülər ki, yəqin bu yenə evdə qal deməkdir. Karantin davranışları qapalı mühitdə karantin qaydalarına əməl etməkdir. Yəni məsafə gözləmək, maska taxmaq, əlləri dezinfeksiya etmək. Əgər biz bunlara əməl etsəydik rahat öz həyatımızı yaşaya bilərdik. Hesab edirəm ki, mövsümü soyuqdəymə xəstəlikləri pandemiyada qarşıqlıq yarada bilən faktor ola bilər. O mənada buna hazır olmalıyıq. Operativ Qərargah lazımı təlimatlar hazırlamalıdır ki, prosesdə əhali hansı cür davranmaq lazım olduğunu bilsin. Mən bundan sonra qapanma, evdə qalmaya keçməyin qəti əleyhinəyəm. Bu əhalinin psixikasına pis təsir edə bilər, məqsədəuyğun hesab etmirəm".


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxs həbs edildi

 Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən öz vəzifələrinin icrası zamanı yol verilən qanu...

Azərbaycanda daha 7 şagird koronavirusa yoluxdu - RƏSMİ

 Təhsil Nazirliyi sentyabrın 23-də orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı yeni məlumat yayıb. Nazirlikdən Sfera.az-a bildirilib ki, ...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

  Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə bur...

Azərbaycanda koronavirusa qarşı peyvənd kimlərə vurulacaq? - AÇIQLAMA

  Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır. Sfera.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini...

Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? - RƏSMİ

  Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir. Sfera.az  xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏB...

“Xərcləyəcəyimiz vəsaitin iki qatını götürəcəyik” – Ekspert gözlənilən müharibənin xərcləri haqda

Xüsusilə son günlər Ermənistanla müharibənin başlayacağı haqda fikirlərə həm mediada, həm də sosial şəbəkələrdə tez-tez rast gəlirik. Maraqlıdır, Azərbay...