Virus və bakteriyaları öldürən ən təbii dezinfeksiyaedici nədir?

Virus və bakteriyaları öldürən ən təbii dezinfeksiyaedici nədir?
 Pandemiya dövründə insanların əksəriyyəti çeşidli dezinfesiyaedici vasitələrdən istifadə edir. Günümüzdə gigiyena qaydalarına əməl etmək üçün ilk növbədə su və sabunla yuyunmaq, daha sonra spirt və tərkibində spirt olan dezinfesiyaedicilər istifadə etmək tövsiyə olunur. Amma bir qisim insanlar uzun illərdir ki, dezinfeksiyaedici kimi duzlu su istifadə etdiklərini, bu gün də bu qayda ilə hərəkət etdiklərini bildirirlər. Duzlu sudan həm əllərin dezifenksiya olunması, həm qarqara kimi istifadə olunur. Bu məhlulla burun boşluğunu təmizləyənlər də çoxdur.

Sfera.az bildirir ki, Türkiyədən olan professor Ahmet  Aydın da ən yaxşı, ən təbii dezinfeksiyaedici kimi duzlu sudan bəhs edib. O, duzlu suyun virus və bakteriyaları yox etdiyini deyib. Onun sözlərinə görə, bunun son dərəcə qüvvətli və təbii təsiri var. Professor bildirib ki, duzlu sudan  göyərtilərin, meyvə tərəvəzlərin dezinfeksiya olunmasında istifadə oluna bilər.

O, bu gün koronavirusa qarşı mübarizədə su və duzdan hazırlanan təbii məhlulun çox təsirli dezifeksiyaedici sayıla biləcəyini deyib. Bu, virus və bakteriyaları öldürən təsirli bir dezinfeksiyaedici, antiseptik  hesab olunur. Onun sözlərinə görə, duzlu su uzun zaman saxlana bilər. Amma qabın ağzı bağlı olmalı, açıq qoyulmamalı, havayla təmas edilməməli, işıqda qoyulmamalıdır. Belə olarsa duzlu su 12 ay saxlanıla bilər.
 
(e-tibb.az)

OXŞAR XƏBƏRLƏR