Vilyam Hacıyevin ittiham olunduğu maddələr açıqlandı

Vilyam Hacıyevin ittiham olunduğu maddələr açıqlandı
 
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ittiham olunduğu maddələr açıqlanıb.

Sfera.az xəbər verir ki, istintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, mayın 6-da Səbail rayon Məhkəməsinin qərarı ilə Vilyam Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsində istintaq davam edir.
(qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

Virusa yoluxan tibb işçilərinin yenidən işləməsinə icazə verilməyəcək – RƏSMİ

  Koronavirus pandemiyası ilə mübarizədə ön cəbhədə vuruşan şəxslər sırasında tibb işçilərinin rolu danılmazdır. COVID-19 virusuna yoluxan xəstələr ilə ə...

Gömrük Komitəsinin şöbə müdiri rüşvət alarkan yaxalandı - SON DƏQİQƏ

  Ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində dövlət idarəçiliyinin bütün sahələrində şəffaflığın təmin olunması sahəsində kompleks...

Azərbaycana daha bir təhlükə yaxınlaşır — Siyahıda 39 ölkə var...

  Alimlərin proqnozlarına görə, 39 ölkədə, o cümlədən Azərbaycanda su qıtlığı ehtimalı var. Sfera.az  konkret.az-a istinadla xəbər verir ki, re...

Nazirliyin şöbə rəisi işdən çıxarıldı - Yoxlamalar başladı

  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon şöbəsinin rəisi Nazim Cəfərov tuttuğu vəzifədən azad edilib. ...

Azərbaycan DƏHŞƏTLƏ ÜZ-ÜZƏDİR: Hamı koronaya yoluxacaq, ölənlər... - Professordan ŞOK

  "Getdikcə yoluxma və ölüm artacaq. Biz faciə qarşısındayıq. Biz deyəndə ki, əhalinin çoxu yoluxub, hərə bir cür danışır. Görünür ki, cəmiyyətdə bir mənə...

SON DƏQİQƏ! Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb? — AÇIQLAMA

 "Bu gün koronavirusla əlaqəli böyük dalğadan keçmiş kimiyik. Bunun ikinci və ya üçüncü dalğasının olmasını sonrakı müddətdə geriyə baxdığımızda görə bilər...