Vilyam Hacıyev milyonları bu maaşla yığıb? - RƏQƏM

Vilyam Hacıyev milyonları bu maaşla yığıb? - RƏQƏM
 İmişlinin həbs olunan keçmiş icra başçısı Vilyam Hacıyevin evindən və xidməti otağından külli miqdarda ayrı-ayrı valyutalarda pul vəsaitlərinin aşkarlanması cəmiyyətdə müzakirələrə səbəb olub.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mayın 5-də Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlara baxış zamanı Vilyam Hacıyevin rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər aşkarlanıb. Habelə, ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Onun yaşadığı evə baxış zamanı qarajdan 10-PR-777 dövlət nömrə nişanlı "Bentley” və 90-KH-900 dövlət nömrə nişanlı "Range Rover” markalı avtomobillər aşkar edilib. Bir məmurun qanuni yollarla bu qədər sərvətə sahib olması təbii ki, mümkün deyil. Maraqlıdır ki, Vilyam Hacıyev aylıq vəzifə maaşının hamısını yığsa belə, bu qədər var-dövlətə sahiblənə bilməzdi.

Şəhər, rayon və şəhər rayonu üzrə icra başçılarının maaşı əhali sayına uyğun olaraq müəyyənləşir. Belə ki, əgər icra başçısı əhalisi 100 min nəfərdən çox olan əraziyə rəhbərlik edirsə, onun maaşı 1045 manatdır. Əhalisi 50 - 100 min nəfər olan ərazinin icra başçısı isə 990 manat maaş alır. Əhalisi 50 min nəfərdən az olan ərazilərin icra başçıları isə daha az əməkhaqqı alırlar. Onların məvacibi 880 manatdır. İmişlinin əhalisi 126 min nəfərə yaxındır. Deməli, Vilyam Hacıyevin aylıq maaşı 1045 manat məbləğində olub.

Bildirək ki, cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Vilyam Hacıyev Prezident İlham Əliyevin mayın 6-da imzaladığı sərəncamla vəzifəsindən azad olunub. (oxu.az)

OXŞAR XƏBƏRLƏR

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...

Milli Məclisin iclası başlayıb - GÜNDƏLİK

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələ daxil edilib. ...

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...