Gündəm

Videosu yayılan müəllim açıqlama verdi

Videosu yayılan müəllim açıqlama verdi
 

Sosial şəbəkələrdə orta məktəb müəllimlərindən birinin dərs otağında mahnı qoşaraq oynamasını əks etdirən video paylaşılıb.

Sözügedən görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi müəllimin rəqs etməsini tənqid etsə də, digərləri onun müdafiəsinə qalxıb.

Sfera.az xəbər verir ki, rəqs edərək özünü videoya çəkən xanım Qaradağ rayonu Puta qəsəbəsində yerləşən Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülsüm Biləndərlidir.

G.Biləndər videosunun sosial şəbəkələrdə paylaşılmasına münasibət bildirib. O, görüntülərini icazəsiz paylaşanları şikayət edəcəyini söyləyib:

"Şəxsi videomu sosial şəbəkələrdə paylaşan adamı dövlət strukturlarına şikayət edəcəyəm. Qış tətilində kiçik və böyük summativ qiymətləndirmələri barədə hesabat hazırlayan zaman beynim yoruldu. Saat 08:00-dan 15:30-a qədər ac-susuz işləyib dincəlmək üçün noutbukda qarşıma çıxan ilk mahnını qoşub oynadım və digər otaqlarda işləyən həmkarlarımla paylaşdım ki, mən bu gündəyəm, siz necəsiniz? Bunu görüb bir həmkarım da gəldi ki, mənə qoşulub oynasın. Mən oturub işimə davam edirdim”.

G.Biləndərdli görüntülərin iş saatı zamanı çəkilmədiyini xatırladıb:

"Dərs zamanı deyildi, heç iş saatım vaxtı çəkilməyib. Bu hadisənin qərəzli olduğu bəllidir. Prezidentə təhsildə problemlər haqqında ərizə yazmışdım. Kiminsə xoşuna gəlməyib deyə, iki gün əvvəl paylaşmağa başlayıb. Müəllimin gördüyü işləri qabardın, sonra əsassız başlıqla video paylaşıb reytinq qazanın”.

(mediapost.az)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930