No Image
No Image

Vidadi İsgəndərli danışanda ağzı niyə köpüklənir? – Şok Tibbi izah

Vidadi İsgəndərli danışanda ağzı niyə köpüklənir? – Şok Tibbi izah
Özünü inqilab lideri elan edən Vidadi İsgəndərlinin video çıxışları zamanı aqressiv davranışı ilə bağlı psixoloji diaqnozun cavabı açıqlanıb.
"Yeni Sabah” xəbər verir ki, bu haqda Real TV-nin rəhbəri Mirşahin Ağayev məlumat verib. O, bildirib ki, Vidadi İskəndərlinin hərəkətləri, tez-tez ağzının kənarlarının tüpürcəklənməsi, damaqlarının iştirakılə sistemsiz hərəkətlər, sanki dişinin dibində qalanları yenidən tapıb çeynəmək effekti yaradan dil-dodaq hərəkətləri, alnının səbəb olmadan gərginləşməsi, nitqində rabitənin tez-tez itməsi, uzunçuluğa meyl, yerli-yersiz, hətta səsinin batmasına qədər bağırmaq, amansız, icrasında qan elementlərinin çox ola biləcəyi cəzalandırma anonslarının səbəbləirni öyrənmək üçün psixoloji mərkəzə müraciət edib.

"Mən Vidadi İskəndərlinin çıxışlarını, şəkillərini təqdim etdim və maraqlı cavablar aldım. Vidadi İskəndərli fikrin sayrışması, dəqiq təsvir və təsəvvür elementlərinin rabitəsiz əlaqə cəhdlərindən əziyyət çəkir. 

Ona səbəbin neqativ ya pozitiv olmasından asılı olmayaraq sistemləşdirilə bilməyən sayıqlamaq ideyalarının sintezi də xasdır. Pasientin, yəni Vidadi İskəndərlinin eyni sözləri və hərəkətləri getdikcə aressivləşən tərzdə və tonda icra etməsi də səbəbsiz deyil. 

Öyrənilən obyektdə patrafren sindromu da var ki, o Kandinski-Klerambo sindromu ilə qovuşanda nəticə daha ağır olur. 

Qeyd edilir: "Pasientə, yəni Vidadiyə də elə gəlir ki, onu şər qüvvələr idarə edir və o layiq olmadığı həyatla yaşamaqdadır. O öz həyatını mütləq dəyişməlidir. Buna görə mütləq hakimiyyət əldə etməli və ağrı şəxsində gördüyü insanları zərərsizləşdirməlidir. Bu halda pasient Çe Gevara, Lenin, Robin Qud, Janna Dark kimi obrazlarla ruhi təmasda olduğunu zənn edir və təsəvvüründə ərazi və əhali sintezi yaradaraq onu uyğun aqressiv rənglərlə boyayır. 

Pasient halının xüsusi vəziyyətində müəyyən ayinlər təşkil edir və bu zaman təşkil etdiyi prosesin gerçəkliyinə inanır. Ehtimali pasient Vidadi İskəndərlinin psixi portreti üçün səciyyəvi olan bir keyfiyyət də budur: o həmişə təqib olunduğunu zən edir. Çox danışmağa meyllidir. Bəzən saatlarla eyni mövzuda və ya hər şeydən danışa bilər. Əvvəlcə düşüncəsi assosiativ olur, amma az sonra nitqinin əhatə etdiyi obyektlər və təhlil etdiyi mövzu arasında rabitə itir. 

Bu Vidadi İskəndərlidə bəzən ayrıca fəsad halına çatır ki, təbabətdə bu hala manyakal-depressiv psixoz deyirlər. Belə olan halda fəsadlarıdır. Bu günlərdə aldığım məlumatda maraqlı bir faktla da rastlaşdım: hələ Azərbaycanda həbsxanada olarkən ona baş çəkən yaxın adamlarına etdiyi hücumlar İskəndərlinin məcburi qaydada müayinə və müalicə olunması ilə nəticələnibmiş. 

Arayışda qeyd olunur ki, pasienti ağrı izləyir. O qədər də şiddətli olmasa da hər halda küt ağrılar ona əziyyət verir. Bu ağrılar onu daha aqressiv edir. Qaşlarını əhatə etdiyi zonaların görkəmi göz qişasının da eyni ağrıya təslim olmasından xəbər verir. Pasientin eynəyə meyl göstərməsi də elə bununla bağlıdır. Burun pərələrinin genişlənməsi, dodaqlarının duruşu isə belə pasientlərdə adi hal kimi qeydə alınan manifest dövrünün izidir. 

O hər dəfə nəsə demək istəyir və nədənsə hər dəfə fikrini eyni saitlə başlamağa çalışır. Müxtəlif pasientlərdə bu fərqli olur. Vidadi İskəndərlidə xroniki start səsi o-dur. Görünür bu səs onda hansısa xatirə ilə bağlıdır. Pasient yuxuda olarkən özünə nəzarəti itirir və ifrat əsəbi hallarda istinin və soyuğun şiddətini hiss etmir. 

Vidadi İskəndərli kimi pasient üçün zəruri olan qeyd budur. Normal yuxu, əsəbsiz şərait və təbii ki, normal müalicə. Burda dərman adı yazılıb ki, daha mən onları oxumuram. Açığını deyim ki, Vidadi İskəndərlinin bir kliniki problem olduğunu mən bilmirdim. Ona görə də heç bir şərh verməyəcəm. Adamın ciddi müayinəyə və müalicəyə ehtiyacı var. Ola bilsin ki kiməsə Vidadinin bu formatı sərfəlidir. Yəni belə adamlar kimisə qətlə yetirərsə belə onu qanun təqib etmir, ya da ruhi xəstəliyi köməyinə çatır. Amma yazıqdı adam. Hər halda psixiatriyada aqressiv dəyişiklik və onun fəsadları üzrə alman Kark Yaspers və isveçrəli Eygen Bleyler nəzəriyyələtrini öyrənən könüllü tədqiqat mərkəzlərindən birinə verdiyim sorğunun nəticələri belə deməyə əsas verir”.
 
Şok tibbi izah
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Navalnı duş qəbul edir, qab-qacaq da vermişik...” – Aleksey Melnikov

Xaricdən gələn bir insan kimi Aleksey Navalnı üç yataqlı kamerada 14 gün təkbaşına karantində qalacaq. Sfera.az RİA. Novosti-yə istinadla xəbər ...

Rus alimlərdən şok araşdırma: Yuxusuzluqla koronavirus arasında görün hansı əlaqə varmış

Rusiyalı alimlər yuxu çatışmazlığının koronavirus riskini yüzdə 250 nisbətində artırdığı ilə bağlı xəbərdarlıq ediblər.   Sfera.az xəbər verir ki, Lomono...

TƏBİB: Bəzi şəxslərin evdə peyvəndlənməsi mümkündür

"Yaşayış yerini tərk edə bilməyən insanlar ərazi üzrə poliklinikalara müraciət edə bilərlər. Əgər orada məntəqə yaradılmayıbsa, yaxınlıqda olan məntəqədən əlaqə...

“Bu icra başçıları vəzifələri ilə vidalaşacaq, bu iki nazirlikdə isə...” – Kadr islahatlarının yeni hədəfləri

"Rayon icra hakimiyyəti başçılarının əksəriyyəti vəzifələrilə vidalaşacaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Kənd Təsərrüfatı Nazirliyində kad...

Füzuli-Şuşa yolu bu tarixdə istifadəyə veriləcək - RƏSMİ

"Zəfər yolu” boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Cəmi 2 ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib. Artıq...

Bu il Şəhidlər xiyabanında ziyarət fərqli təşkil ediləcək

"Şəhidlər xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək”. Sfera.az xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidməti məluma...