Vicdan əzabına dözməyən türk 5 il sonra Bakıya gəlib təslim oldu - VİDEO

Vicdan əzabına dözməyən türk 5 il sonra Bakıya gəlib təslim oldu - VİDEO
 

2011-ci ildə Türkiyə vətəndaşı Yaqub Yazıçının idarə etdiyi TIR Ağstafada içərisində 8 nəfər olan minik avtomobili ilə toqquşub və qəzada 6 nəfər azərbaycanlı ölüb. Yaqub Yazıçı hadisə yerindən qaçaraq Gürcüstana, oradan isə Türkiyəyə gedib. Onun haqqında İnterpolun qırmızı xətti ilə axtarış elan olunsa da, axtarışlar nəticəsiz qalıb.


Habertürk-ün məlumatına görə, 38 yaşlı sürücü Artvində ailəsi ilə yaşasa da, vicdan əzabı onu rahat buraxmayıb və o psixoloji problemlərdən əziyyət çəkməyə başlayıb. 5 il sonra Yaqub Yazıçı Bakıya qayıdaraq törətdiyi cinayəti etiraf edib və 10,5 il müddətinə azadlıqdan məhrum edilib.


3 ildir Azərbaycanda cəzaçəkmə müəssisəsində olan Yazıçının ahıl valideynləri oğullarının qalan cəzasını ölkəsində çəkməsi üçün Türkiyə prezidentindən yardım istəyiblər.

 

 

Yaqub Yazıçının bacısı ölkə rəhbərliyinə müraciət edərək bildirib:

"Bu bir qəzaydı.Qardaşım bu dəhşətli kabusdan bir an belə uzaqlaşa bilmədi. Həmişə gedib təslim olacağını söyləyirdi.Dövlətimizdən bizə yardım etməsini istəyirik.Cəzasının qalan müddətini Türkiyədə çəkməsini istəyirik”.




OXŞAR XƏBƏRLƏR

Ruslar Xarkovda üstünlüyü necə əldə edirlər? – Zelenski AÇIQLADI

“Rusiya Silahlı Qüvvələri Kiyevdə hava hücumundan müdafiə vasitələrinin olmaması səbəbindən Xarkov vilayətini yarıb keçə bilib”.   Sfera....

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən etibarən ...

Latviya Parlamenti sədrinin Azərbaycana səfər tarixi MƏLUM OLDU

Latviya Parlamentinin sədri Dayqa Mierinyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlir.   Sfera.az xəbər verir ki, mayın 20-də...

Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

Böyük Britaniya Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə əməkdaşlığa görə Rusiyanın iki şirkətinə qarşı sanksiyalar tətbiq edib.   Sfera.az TAS...

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

"Qərb ölkələri Ukrayna münaqişəsinin həlli səbəbilə danışıqlara başlamaq üçün Ukrayna lideri Volodimir Zelenskiyə koordinasiyalı diplomatik təzyiq göstərmə...

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib.    Sfera.az xəbər verir ki, o, kanalla işbirliyinə son qoyub.    S.Mustafayeva xəbəri...