Vəzifəsindən sui-istifadə edən 143 nəfər məhkəməlik oldu

Vəzifəsindən sui-istifadə edən 143 nəfər məhkəməlik oldu

Bu ilin altı ayı ərzində rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israfetmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə məhkəmələrə göndərilən faktların sayı açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 6 ayın yekunlarına həsr olunmuş tədbirdə məlumat verilib.

 

Bildirilib ki, bu dövr ərzində 143 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

 

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manatın ödətdirilməsi təmin olunub. Qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.



OXŞAR XƏBƏRLƏR