No Image
No Image

"Vətəni könüllü sevənlər" adlı sosial çarx çəkildi - VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Pandemiya dövründə könüllülərin informasiya mərkəzi” layihəsi çərçivəsində sosial videoçarx çəkilib.
 
Sfera.az  xəbər verir ki, Azərbaycanda 2020-ci il "Könüllülər İli" elan edilib. 27 sentyabr 10 noyabr tarixlərində baş tutan Böyük Vətən Müharibəsində Müzəffər Azərbaycan Ordusuna xeyli sayda gənc könüllü olaraq qatılıb. Könüllülər həm ön cəbhədə, həm də arxa cəbhədə qəhrəmanlıq nümayiş etdiriblər. Sosial videoçarxda da könüllü gənclərin müharibəyə könüllü qatılan qazimizə diqqət və qayğısından bəhs edilir.
 
Videoçarxda əsas mesaj isə budur: "Biz könüllü gənclər bundan sonra da hər zaman qazilərimizə könüllü xidmət etməkdən qürur duyacağıq". 
 
Sosialçarxın quruluşçu rejissoru Rüfət Hüseynovdur. Çəkilişdə aktyor İlqar Musayev və Nəqliyyat könüllüləri yer alıb. 
 
Qeyd edək ki, "Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım” İctimai Birliyi gənclərin mobil şəbəkəsini yaratmaq və könüllülərin pandemiya dövründəki fəaliyyətlərini daha səmərəli etmək üçün "Pandemiya dövründə könüllülərin informasiya mərkəzi”nin yaradılmasına start verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihədə informasiya mərkəzinin yeni adda saytı fəaliyyətə başlayıb. "Konulluyem.az” adlı sayt genişfunksiyaları ilə bir çox yenilikləri özündə ehtiva edir.

 

Həmin videoçarxı təqdim edirik:


Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dəniz quldurlarının Fərman İsmayılovu öldürdüyü dəhşətli anlar - VİDEO

Türkiyəyə məxsus "Mozart" gəmisinə dəniz quldurlarının hücumu nəticəsində Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun öldürülmə anının görünt...

Bakıda gənc qadının intiharının TƏFƏRRÜATLARI məlum oldu - VİDEO

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu ərazisində intihar hadisəsi olub. Hadisə bu gün 15:10 radələrində baş verib. Özünü 18-ci mərtəbədən atan q...

Füzuli rayonunun Aşağı Aybasanlı kəndi - VİDEO

Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Aybasanlı kəndindən videogörüntülər yayıb.  Sfera.az həmin görüntüləri təqdim edir: ...

Qadağanın son günündə Ələt postunda nə baş verir? - VİDEO

Sabahdan etibarən rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postların ləğv ediləcəyi səbəbindən Bakıya girişdə böyük tıxac yaranıb. Ələt qəsəbəsind...

BAKIDA DƏHŞƏT: Qadın özünü binadan atdı - ANBAAN VİDEO

Bakının Nərimanov rayonu ərazisində intihar hadisəsi olub. Sfera.az bildirir ki, hadisə bu gün 15:10 radələrində baş verib. Hələlik kimliyi dəqiqləşməyən ...

Kəlbəcərin Comərd kəndindən VİDEOGÖRÜNTÜLƏR

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər hazırlayıb. Sfera.az həmin görüntüləri təqdim edir. ...