Vəkil qurumlarının iştirakı ilə ilk onlayn iclas keçirilib

Vəkil qurumlarının iştirakı ilə ilk onlayn iclas keçirilib
 Vəkillər Kollegiyasının sədri Anar Bağırovun sədrliyi və Azərbaycanda fəaliyyət göstərən 70 vəkil qurumunun rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib.

Sfera.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri respublikamızda COVID-19 virusunun yayılması ilə bağlı tətbiq edilən karantin rejiminin yumşaldılması şəraitində vəkillik fəaliyyətinin spesifik xüsusiyyətləri barədə fikirlərini bölüşüb.

A.Bağırov həmçinin iclasda vəkil qurumlarında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara riayət olunması vəziyyəti və vəkillərə təyin edilmiş güzəştlər, dövlət hesabına göstərilən hüquqi yardıma görə Hüquqi Yardım və Tədris Mərkəzinə göndərilən hesabatların tərtibində ortaya çıxan problemlər, növbətçilik siyahılarının vaxtında tərtib olunub kollegiyaya təqdim edilməsi, hüquqi yardıma görə nağdsız ödənişlərin həyata keçirilməsi işinin təşkili vəziyyəti barədə məsələlərə toxunub.

Sonra son iki ildə vəkillərin sayının iki dəfəyədək artmasına baxmayaraq bəzi büroların sahəsinin, lazımi inventarların və texniki vasitələrin zəif olması, vəkillərdən alınan büronun saxlama xərclərinin həcmi, kollegiyanın internet saytında olan elektron vəkil kabinetindən vəkillərin istifadə səviyyəsi, bürolar tərəfindən vətəndaşların müraciətlərinə baxılması, mövcud şikayətlərin yerində həll olunması məsələləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov mərkəzin cari fəaliyyəti və görülmüş işlər barədə məruzə ilə çıxış edib, verilən sualları cavablandırıb.

İclas öz işini qurumların fəaliyyətində ortaya çıxan problemlər və onların həlli istiqamətində görüləcək tədbirlərin müzakirəsi ilə davam etdirib. (report.az)

OXŞAR XƏBƏRLƏR

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...