“Vaşinqton Bakıya təkliflərini Ankara vasitəsilə göndərir” - MÜSAHİBƏ

“Vaşinqton Bakıya təkliflərini Ankara vasitəsilə göndərir” - MÜSAHİBƏ
Siyasi şərhçi Asif Nərimanlının Sfera.az-a müsahibəsi.

- Asif bəy, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən görüşlərdən ikisi xüsusilə diqqət çəkdi. Söhbət Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşü və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşündən gedir. Sizcə, bu iki görüş arasında hansısa əlaqə varmı?

- Bəli var. Çünki Nyu-Yorkda Blinken-Çavuşoğlu, Bayramov-Nuland görüşlərində Qarabağ məsələsi müzakirə olundu. Məsələ ondadır ki, Vaşinqton Minsk qrupu mexanizmlərindən istifadə etmək istəyir. Təsadüfi deyil ki, Nuland Bayramovla görüş haqda atdığı tvitdə qeyd edib ki, ABŞ Minsk qrupu həmsədrlərinin mexanizmləri vasitəsilə regionda sülh və sabitliyə yardım etmək istəyir. Saxlanılan şəxslərin (erməni terrorçular) azad edilməsi və minalardan təmizləmə işində irəliləyiş istəyir. Siyasi barışıq üçün tərəqqini səbirsizliklə gözləyir. Mənə elə gəlir ki, Minsk qrupu formatında yeni masanın qurulması Azərbaycanın da "qırmızı xəttidir”.

- Bunu necə izah edərdiniz?
 
- Bakı həmsədr ölkələrə postmünaqişə dövrünə köklənməyi, Azərbaycan-Ermənistan münasibətlərinin qurulmasına və humanitar məsələlərə dəstək verməyi təklif edir. Bayramovun Nulandla müzakirələrdə bu məsələni diqqətə çatdırdığı istisna deyil. ABŞ-dan fərqli olaraq, Azərbaycan XİN-in görüşlə bağlı məlumatında Minsk qrupunun adının yer almaması, "tərəflər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparıblar” qeydi də bunu deməyə əsas verir.

Bakı Vaşinqtona postmünaqişə dövründə işləmək təklifi edir və Nulandın açıqlamasında iki məqam da Vaşinqtonun postmünaqişə dövrü ilə bağlı mesajı hesab oluna bilər. Minsk qrupu formatı ABŞ-a münaqişənin həllində iştirak etməməklə regionda zərər görmüş təsir imkanlarını bərpa etmək üçün daha çox təzyiq elementi kimi lazımdır. Hədəf prosesi Rusiyanın nəzarətindən çıxarmaq, yaxud Rusiyanın təsirini azaltmaqdır. Hərçənd anlayır ki, bu format üzərində israrlı olmaq Bakının Moskvaya yaxınlaşmasına zəmin yaradır. Bu baxımdan, Azərbaycanın mövqeyinə uyğun olaraq postmünaqişə dövrünə dair mesajlar verir.

- Asif bəy, dediklərinizdən bu nəticəyə gəlmək olar ki, rəsmi Vaşinqtonun əsas niyyəti Minsk qrupunu yenidən bərpa etmək yox, tərəflər arasında vasitəçi olmaq istəyidir?

 - Dövlət Departamentinin yüksək vəzifəli məmuru bildirir ki, ABŞ Bakı ilə İrəvan arasında sülh danışıqlarına dəstək vermək üçün yardım etməyə hazırdır və Vaşinqton hər iki tərəfə "eyni təklifi” verməyi planlaşdırır. Vaşinqton hər iki tərəfin də qəbul edəcəyi hansı təklifləri verə bilər?
Misal üçün, sərhədlərin delimitasiyasında iştirak: bunun mütəxəssis dəstəyi olması daha real görünür. Bundan başqa Bakıda həbsdə olan ermənilərlə mina xəritələrinin barter edilməsi də təkliflər arasında ola bilər. İki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı təklif isə heç kəsə sirr deyil.
Bununla belə "Qarabağ münaqişəsi”nin yenidən masaya daşına biləcəyi təklifini Bakı qəbul etməyəcək, bunu Vaşinqton da anlayır. bu məsələdə Bakının mövqeyini gücləndirəcək iki ölkə də var. Rusiya və Türkiyə.

Moskvanın Bakı ilə gündəliyinin eynilik təşkil etdiyi çox az məsələlərdən biri məhz münaqişənin həll edildiyi mövqeyidir; ABŞ anlayır ki, regiona qayıtmaq üçün məğlub tərəflə (İrəvan) yox, qalib tərəflə (Bakı) işləməlidir və "münaqişə həll edilməyib” mövqeyi Rusiyanın əlinə oynamaq deməkdir.
Türkiyəyə gəldikdə isə deyə bilərm ki, Vaşinqton Bakıya təkliflərini Ankara vasitəsilə göndərir və Ankara Bakının maraqlarına uyğun olmayan məsələdə yer almayacaq.

Bunun fonunda Rusiya XİN rəhbərinin müavini Andrey Rudenkonun açıqlaması diqqət çəkir. Rudenko bildirir ki, üç həmsədr Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində bir-biri ilə, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməyi planlaşdırır. Bu baş verərsə, iki ölkə arasında normallaşma prosesinin praktiki forma alması üçün yaxşı əlamət olardı. Minsk qrupunu sülh prosesinin irəliləməsi üçün vacib bir vasitə olaraq görməyə davam edirik.

Söhbətləşdi: Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Ermənistanın təxribatları davam edəcək...” – Polkovnikdən açıqlama

Bir neçə gündür ki, Ermənistan Azərbaycanla sərhəd bölgələrində təxribatlara əl atır. Son olaraq, ötən gün düşmən tərəfindən Tovuz istiqamətində atəşkəs pozul...

“Azərbaycanla ancaq dost olmaq lazımdır” - Viktor Yuşenko ilə müsahibə

"Azərbaycan ruhunun gücü ilə Qarabağ problemini həll edib, artıq bu problem yoxdur, onu mövzu kimi gündəliklərdən də pozan götürüb silmək lazımdır”. Sfera...

“İranla gərginlik heç vaxt bu qədər uzun çəkməmişdi” – Politoloq səbəbləri açıqladı

"İran-Azərbaycan münasibətləri indiki qədər gərgin olmamışdı. Azərbaycan müstəqillik qazandığı 30 ildə İranla münasibətlərdə zaman-zaman münaqişəli sitiuasiya...

“Vaşinqton Bakıya təkliflərini Ankara vasitəsilə göndərir” - MÜSAHİBƏ

Siyasi şərhçi Asif Nərimanlının Sfera.az-a müsahibəsi. - Asif bəy, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən görüşlərdən ikisi xü...

“Şuşa türk dünyasının ortaq dəyəri, ortaq mədəni irsidir” - Qazaxıstanlı jurnalistlə MÜSAHİBƏ

Qazaxıstanlı jurnalist Nurqali Yusifbayın Sfera.az-a müsahibəsi - Bir neçə gün öncə 100-dən çox qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğal...

“Oğluma görə Bakıda bir il kirayədə qaldıq” - Ramin Bayramlının atası

TƏBİB-in İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının atası Baba Bayramlı oğlunun rəhbərlik etdiyi qurumdan istefa verməsi ilə bağlı Qaynarinfo-ya müsahibə ver...