Vaksinin yeni fəsadı üzə çıxıb – Limfa düyünləri şişməyə başlayır

Vaksinin yeni fəsadı üzə çıxıb – Limfa düyünləri şişməyə başlayır
Koronavirus əleyhinə vaksinin yeni fəsadı üzə çıxıb.

Sfera.az xəbər verir ki, ABŞ-da bir qrup şəxs peyvənd olunduqdan sonra limfa düyünlərinin şişməsi səbəbi ilə xəstəxanaya müraciət etməli olub.

Mütəxəssislər isə öz növbəsində bildirib ki, limfa düyünülərinin şişməsi vaksinin effektivliyinin nəticəsidir.
 
Mütəxəssislərə görə, immunitet sistemi aktivləşərək antikor yaratdığı üçün  qoltuqaltı bölgədəki limfa düyünləri bəzən şişə bilər.

İngiltərədə aparılan araşdırmaya görə isə vaksinin yan təsiri ən çox üçüncü dozanı qəbul edən şəxslərdə müşahidə edilib. Rast gəlinən əks təsirlərin içərisində isə üstünlüyü baş ağrısı təşkil edir.
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR