Vahid Ələkbərov “Lukoil”dakı payını artırdı
19:16 / 18.10.2021
985
"Lukoil”in rəhbəri Vahid Ələkbərov şirkətdə 28,33%, onun strateji inkişaf üzrə vitse-prezidenti Leonid Fedun isə 9,32% paya sahibdir.
Sfera.az xəbər verir ki, bu barədə şirkətdən verilən məlumatda bildirilib. Rəqəmlərin 30 sentyabr tarixinə olan vəziyyəti əks etdirdiyi vurğulanıb.
Qeyd edək ki, ötən ilin aprelində Ələkbərov və Fedunun "Lukoil”dəki payları müvafiq olaraq 28,22% və 9,28% təşkil edib.