“Uşaqpulu” vermək üçün dövlətə nə qədər pul lazımdır?

“Uşaqpulu” vermək üçün dövlətə nə qədər pul lazımdır?
"Uşaqpulu”nun yenidən bərpa edilməsi ilə bağlı təkliflər son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biridir. 

Rəylərdən məlum olur ki, əksəriyyət "uşaqpulu”nun bərpasının tərəfdarı olsa da, onun məbləği ilə bağlı ortaq fikir yoxdur. "Uşaqpulu”nun aylıq məbləğinin 50, 100, hətta 300 manat təklif edən fikirlərə rast gəlmək olur. Bəziləri isə "uşaqpulu”nun yaşayış minimumu səviyyəsində, yəni 175 manat verilməsini təklif edir.  

Bəs, qeyd edilən məbləğlərdə "uşaqpulu”nun təyin edilməsi üçün dövlətə nə qədər pul lazımdır?

Məbləği dəqiq müəyyənləşdirmək üçün ölkəmizdə olan uşaqların sayını bilmək lazımdır.

Sfera.az xatırladır ki, 2020-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, yaşı 18-ə qədər olan Azərbaycan vətəndaşlarının sayı 2,637 milyon nəfərdir. Əgər uşaqların sayına görə hər ay 50 manat müavinət verilərsə, bunun üçün ayda 131,85 milyon manat, bir ildə 1,582 milyard manat vəsait lazımdır. 

"Uşaqpulu” 100 manat olacağı təqdirdə dövlət büdcəsindən aylıq 263,7 milyon manat, illik 3,164 milyard manat ayrılmalıdır. 

Dövlət yaşayış minimumu əsasında müavinət vermək istəsə, ona ayda 461,5 milyon manat, ildə 5,537 milyard manat lazımdır. 

Daha radikal təklifə görə uşaqlara hər ay 300 manat müavinət verilməlidir. Bunun üçün dövlət büdcəsindən hər ay 791,1 milyon manat, ildə 9,5 milyard manat xərclənməlidir. 

Xatırladaq ki, ölkəmizdə 2006-cı ildən "uşaqpulu” verilmir. Onun əvəzində yoxsul ailələrə ünvanlı sosial yardım ayrılır. 2021-ci ilin dövlət büdcəsindən ünvanlı sosial yardım üçün 257,7 milyon manat, 2020-ci ildə 244,1 milyon manat ayrılmışdı. Ünvanlı yardımdan 299 min insan, o cümlədən 163 min uşaq yararlanıb. 

İndiki yardım sistemi uşaqların 6,2 faizini əhatə edir və ünvanlı yardım alan ailələrdəki uşaqların hər birinə ayda orta hesabla 50 manat yardım düşür. Buradan görünür ki, dövlət uşaqlar üçün hər ay cəmi 8,15 milyon manat, ildə 97,8 milyon manat xərcləyib. Əgər bu məbləğ "uşaqpulu” şəklində bütün uşaqlara ayrılsa, onda bir uşağa ayda 3,1 manat pul düşür. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...