“Uşaqpulu verilməlidir, amma ödəmə şərtlərində...” – İqtisadçıdan açıqlama

“Uşaqpulu verilməlidir, amma ödəmə şərtlərində...” – İqtisadçıdan açıqlama
"Ölkədə durum dəyərləndirməsi üçün etibarlı statistika yoxdur. Əvvəla, bütövlükdə etibarlı yoxsulluq statistikası yoxdur. İkincisi, əksər dünya ölkələrində olduğu kimi, uşaq yoxsulluğu ayrıca ölçülmür”.

Sfera.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert Rövşən Ağayev son günlər müzakirə obyekti olan uşaqpulu mövzusundan danışarkən deyib:

"Uşaqlarla bərabər ahılların sosial müdafiəsində ciddi boşluqlar var. İşləyənlərin yoxsulluğu barədə hər hansı güvənilələcək informasiya yoxdur. Ölkədə 65 yaşına çatan hər 100 nəfərdən az qala 60 nəfərinin pensiya hüququ qazana bilməməsi riski var, işsizlik riski ilə üzləşən hər 100 nəfərdən 30-55 nəfərinin işsizlik sığortası şansı ola ya olmaya. Eyni zamanda övlad dünyayaya gətirən hər 100 anadan ən yaxşı halda 20-25 nəfərinin sosial müdafiə mexanizmləri ilə əhatə olunmaq şansı var”.

Odur ki, məsələyə daha geniş və kompleks yanaşıb sosial müdafiə sisteminin hər bir elementinin təkmilləşdirilməsi, yoxuslluq və işsizliyin dəqiq ölçülüməsi ilə bağlı gündəlik tələbə çevirmək lazımdır. Məsələn, isşizlik və yoxsulluğun alternativ ölçülməsi artıq qaçılmaz reallığa çevrilib. Ancaq bu yolla rəsmi şəkildə manipulyasiyalara son vermək mümkün olacaq”.

Ekspert bildirib ki, müzakirələrdəki üslub, xüsusilə təhqirlərlə müşayiət olunan mövqelər qəbuledilməz olsa da, uşaqpulu mövzusunda sosial şəbəkələrdə geniş dartışmanın olması müsbətdir:

"Cəmiyyətin marağına toxunan, həlli vacib olan istənilən məsələnin söyüş və təhqirsiz ən emosianal şəkildə belə eninə-boyuna dartışılmasından sonda qazanan cəmiyyətdir. Həm də zatən siyasi qüvvələrin etməli olduqları ən vacib işlərdən biri budur. Məsələn, bir xeyli müddət əvvəl REAL-ın pusluz ali təhsillə bağlı təşəbbüsünü ictimai müzakirəyə çıxarması təqdir ediləsi addım idi.

Amma belə müzakirələrlə bağlı 1-2 "əmma"nı deyim.  Ciddi siyasi qüvvələrin istənilən təşəbbüsü ümumi bir fikir, yalnız sözlərdən ibarət təkliflər kimi ortaya atması bü gün gördüyümüz qarşılıqlı söyüşmə mənzərəsini ortaya çıxarır. Ən doğru yanaşma odur ki, mövzunu ortaya atan şəxs müzakirələrin daha peşəkar getməsi üçün 5-7 səhifədən ibarət bir mövqe sənədi vasitəsilə bunu etsin. Müdafiə etdiyi iddanı əsaslandırmaq üçün uğurlu ölkə  təcrübələrindən nümunələr, samballı tədqiqatlardan istinadlar əsasında dəstəkləyici arqumentlərdən istifadə etsin. Eyni zamanda, öz iddiasına qarşı olan əks arqumentləri də səsləndirsin və onların niyə yanlış olduğuna qarşı özünün dəlillərini qoysun. Sonda əsaslandırılmış tövsiyyələrini versin. İnanıram ki, peşəkar hazırlanmış sənədlər ortada olsa, müzakirələr də peşəkar müstəvidə gedəcək, söyüş və təhqir ortadan qalxacaq”.

R.Ağayev son olaraq vurğulayıb ki, uşaqpulu verilməlidir: "Lakin burada fikir ayrılığı yalnız ödəmə şərtlərində, məbləğində, əhatə dairəsində, müddətində ola bilər”.

Qeyd edək ki, ötən həftə Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovun uşaqpulu ilə bağlı düşüncələri sosial mediada etiraza səbəb olub. "Sadəcə "uşağım var, dövlət mənə pul versin” təsəvvürünü insanlarda yetişdirənlər ya nə danışdıqlarını heç anlamırlar, ya da xalqa vicdanlı xidmət hissini tam itiriblər” -, deyə partiya sədri bildirib.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...