Uşaqlar arasında yayılan xəstəliyin səbəbi nədir? – Pediatrdan AÇIQLAMA

Uşaqlar arasında yayılan xəstəliyin səbəbi nədir? – Pediatrdan AÇIQLAMA
"Məktəb və bağçalarda xəstəliklər çox yayılıb. Uşaqların xəstəlikdən tam sağalmadan kollektiv içərisinə buraxılması da xəstəliklərin daha geniş sferada yayılması ilə nəticələnib”.
 
Bunu Sfera.az-a açıqlamasında pediatr Sevda Novruzova bildirib. Pediatr son zamanlar uşaqlar arasında xəstəliklərin çoxaldığının və ağırlaşmaların olmasının səbəblərini açıqlayıb:

"Dekabrın 15-dən sonra bayram şənliklərinin çox olması prosesi daha da sürətləndirdi. Bu cür bayram şənlikləri nəinki uşaqların, hətta onların valideynlərinin də xəstələnməsinə gətirib çıxardı. Kəskin respiartor virusları elədir ki, bunlar daha çox tənəffüs  yollarını zədələyir. Buna görə də asqırma, öskürmə olan zaman yoluxma müşahidə olunur. Bu səbəblə valideynlər uşaqları tam sağalanədək kollektiv içinə buraxmamalıdır.  Bəzən valideynlər uşağın tempraturu düşən kimi onu bağça və məktəbə aparır, belə olmaz. Respublika üzrə belə qayda tətbiq edilir ki, uşaq xəstələnirsə, ana üçün də bülleten açılır. Özəl və dövlət müəssisələrində də bu qaydadan istifadə olunmalıdır. Məktəb və bağçada tibb məntəqələri fəaliyyət göstərməli və onlar buna nəzarət etməlidir”.
 
Pediatr valideynlərin uşaqların qida və yuxu rejiminə diqqət yetirməli olduğunu qeyd edib:

"Xüsusilə qış aylarında oynaq ağrıları, üşütmə kimi hallar olan kimi həkimə müraciət etmək lazımdır, çünki belədə daha çox ağırlaşmalar yaşana bilər. Bəzi uşaqlarda iştahasızlıq yaşanır ki, bunun qarşısını almaq üçün bol maye və vitaminli qidalardan istifadə zəruridir. Uşaqların yuxu rejiminə diqqət yetirilməlidir ki, immun sisteminin inkişafı qaydasında getsin. Bəzən uşaqlar gecə 11-də yaxud gecəyarısı yatağa girir, belə olmaz. 7-8 saat yuxu uşaqlar üçün mütləqdir. Axşam saat 10-dan etibarən uşaq yatmalıdır”. 
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...