“Uşaq qatili” - Afət Floraya Yekaterina dedi - VİDEO

“Uşaq qatili” - Afət Floraya Yekaterina dedi - VİDEO

Xalq artisti Flora Kərimovanın "Zaurla Günaydın" proqramında söhbət zamanı "Nəsimini bərbad hala salan Afət" ifadəsini işlətməsi müğənni Afət Fərmanqızını özündən çıxarıb.

Sfera.az axşam.az-a istinadən bildirir ki, o, sənətçi haqqında sosial media hesabında sərt sözlər yazıb.

F.Kərimova da onu cavabsız qoymayıb:

"İki ali təhsil sahibi müəllim-müğənni" fikirlərin cəhənnəm, cümlə sonluqlarına bax, yazıların qüsursuz olsun.

Toyların azalıb, "mən-mən"də dəbdən düşüb deyə, əlacsız qalıb yeni qalmaqal dilənirsən. Bütün Azərbaycan mənim zarafatımı başa düşdü, sən - "filoloq, alimdən" başqa. İş ki, qaldi "ətnən pişik" misalına - ovçu olmaq taleyin gətirmədi. Sənin qismətin ancaq qurbanlıq olmaqdır, hələ də olursan. Bir məkana verilən adlara gəldikdə isə "Nəsimi bazarı", "Füzuli meydanı", "Nizami küçəsi" - bunların heç biri şəxsiyyətə yönəlmiş aşağılayıcı təqdimat deyil.

Bazarda işləyənləri "Nəsimi" adına layiq bilmirsənsə, bu illərlə içində qaynatdığın vətəndaş problemindir. Bu qədər millət tərəfindən söyülə-söyülə anlamadığın həqiqəti sonuncu dəfə izah edim: Dahi Füzulinin sözlərinin ağırlığı altında "Füzuli kantatasını" yaradan böyük bəstəkar Cahangir Cahangirov Nəsiminin "Sığmazam" qəzəlinin faciəsini dərk edib, mənəvi sərvətimiz olan "Nəsimi" kontatasını yazdı. Sən Afət, Nəsimini (sənin sözünlə desək) ancaq bazar səviyyəsinə yox, bazarda olan piştaxta səviyyəsinə endirdin. Buna görə sənə "əhsən" düşür.

 

İndiyə kimi mənəvi cinayətlə məişət cinayəti arasında fərqi görməyən savada nə deyib, necə qiymət verəsən? Əgər saç başa ağıl gətirsəydi, sənin adın dahilər sirasında səslənərdi. Bilməmiş olmazsan, urina (sidik) dozasının artıqlığının nə bədənə, nə ağıla ziyanı var. Vay o günə ki, kişilərin artığı olasan.

Afət, sevirəm deyib "dini kəbinə" girib (gah qolunu, gah kəbinin üz qabığını göstərdin) keçirdiyin sabaha güvənməyən qadın. Sənə uşaq cəlladı olmağına acıyıram. Hamıya hər fürsətdə ucuz cavablarla o qədər özünü yerə çırpıb, kiçiltdin ki, sayılası düşman da ola bilmədin".

Bu zaman isə A.Fərmanqızı əsəbini video paylaşmaqla soyudub. O, F.Kərimovanı "Yekatrina" adlandırıb:

"Toylardan vaxtım yoxdur ki, Yekatrinaya geniş cavab verim. Həyatında olan kişiləri sadalasam, İnstaqram tab gətirməz. Siyasət adamı deyiləm, amma bir əqidəyə qulluq edirəm. Xəyanətkar həmişə xəyanətkardır. 78 yaşında vannaya lüt uzanan, siyasi kariyerasını buqələmun kimi dəqiqədə bir dəyişən, "sidik içirəm" deyən insan hər şey edər. Zamanında "JEK" müdirindən tutmuş, qapı-pəncərə ustalarınadək həyatında olub. O yolları sən bilirsən. Bu yolları sizdən öyrənmişik, amma yaxşı ki, getməmişik. Zamanında sosial şəbəkə aktiv olmadığı üçün xalq bu siyahını dəqiq bilmir. Neçə ailələr gözüyaşlı qoymusan. Ağıllı ol, adları ilə bilirəm. Özü də kim səni alıbsa, sevgili olubsa, ürəyi yatıb ölüb. Bilmirən nə məsələdir...".


OXŞAR XƏBƏRLƏR

Təranə Qumralın qızı qısa şortda elə rəqs etdi ki... - VİDEO

Müğənni Təranə Qumralın qızı Qumral yenə də sosial mediadakı paylaşımı ilə diqqət çəkib. Sfera.az xəbər verir ki, Qumral instaqram hesabında rəqsini paylaşıb. ...

Oksana Rəsulovanın koronavirusla bağlı səs yazısı yayıldı - VİDEO

"Ehtiyac yaranarsa, könüllü həkim kimi virusla mübarizəyə qoşularam".  Sfera.az Redaktor.az-a istinadla xəbər verir ki, bu sözləri rəqqasə, aktr...

Murad Dadaşov onu da Xəzər TV-yə gətirdi

 "Xəzər" televiziyası tamaşaçıya yaxın günlərdə yeni layihə təqdim edəcək. Sfera.az bildirir ki, sözügedən telekanalın rəhbəri Murad Dadaşov türkiyəl...

Nazəninə AĞIR İTKİ

Tanınmış müğənni Nazəninə ağır itki üz verib. Sfera.az xəbər verir ki, bu gün sənətçinin qardaşı dünyasını dəyişib: "Daha bir qardaşımı itirdim”. ...

“Səndən sonra heç vaxt evlənməyəcəm” — Xərçəngdən əziyyət çəkən aktrisadan kədərli ETİRAF

Əməkdar artist Tünzalə Əliyeva əziyyət çəkdiyi xərçəng xəstəliyindən danışarkən göz yaşlarını saxlaya bilməyib. Sfera.az xəbər verir ki, o, bu barədə ARB...

"Həyat yoldaşım hansısa qadınla yatacaqsa..." - Nura Surinin bu açıqlaması aranı qatdı

Tanınmış müğənni Nura Surinin xəyanətlə bağlı açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Sfera.az xəbər verir ki, k...