Uşaq bağçalarına ayrılan ərzaq xərcləri niyə azaldıldı? – Ekspert səbəblərdən danışdı

Uşaq bağçalarına ayrılan ərzaq xərcləri niyə azaldıldı? – Ekspert səbəblərdən danışdı


"Məktəbəqədər təhsil üçün ərzaq xərclərinin azaldılması heç də yaxşı hal deyil. Bu azalma son nəticədə uşaqların qidalanmasına mənfi təsir göstərəcək”.


Sfera.az-a açıqlamasında bu sözləri məktəbəqədər təhsil müəssisələrinə ayrılan ərzaq xərclərinin cari illə müqayisədə 2020-ci ildə 35 faiz azaldılaraq, 97,3 milyon manatdan 65 milyon manata endiriləcəyi məsələsinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.

 

Həmsöhbətimizin fikrincə, dövlət bu istiqamətdə öz yükünü azaltmaq qərarına gəlib: "Yaranmış vəziyyət belə deməyə əsas verir ki, dövlət bu məsələdə öz yükünü azaldıb, özəl sektorun payını artırmaqda maraqlıdır. Görünür, özəl sektora bu istiqamətdə müəyyən güzəştlər ediləcək ki, onlar uşaq bağçalarına daha keyfiyyətli və ucuz xidmət göstərə bilsin. Əks halda bağçalara ayrılan ərzaq xərclərinin 35 faiz azaldılması məktəbəqədər təhsil müəssisələrinə gələn uşaqların sayının azalmasına gətirib çıxaracaq. Bu azalma həmin sahənin maddi-texniki bazası və kadr potensialına mənfi təsir edəcək, uşaqlar üçün əlçatanlığı aşağı salacaq. 2019-cu ildə təhsilə 3 milyard manata yaxın pul ayrılıbsa, gələn il bu rəqəm artaraq 3,8 milyard manata çatdırılacaq. Belə olan halda, nədən məktəbəqədər təhsil müəssisələrinin ərzaq xərclərində azalma baş versin?”

 

Xatırladaq ki, Azərbaycanda uşaqların yalnız 25 faizi məktəbəqədər təhsil müəssisələrinə cəlb olunub. Hazırda ölkədə 1670 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir və bu müəssisələrə 123 min uşaq var.

 

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...