Uşağına görə intihar edən aprel qazisiylə bağlı açıqlama

Uşağına görə intihar edən aprel qazisiylə bağlı açıqlama

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevirdə uşağına görə intihar edən İmamverdi İsmayılovla bağlı məlumat yayıb.

"Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, 2019-cu il iyunun 28-də Mingəçevir şəhər sakini İsmayılov İmamverdi Səxavət oğlu ilə bağlı hadisənin araşdırılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən komissiya yaradılıb. 

Mərhumun 2015-ci il təvəllüdlü övladının hərarətinin yüksəlməsi səbəbindən iyunun  26 və 27-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə müraciət edilib, xəstədə yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu müəyyən olunub. Xəstəliyin stasionar müalicəyə göstərişi olmadığına görə, uşağa ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu təsdiqini tapıb və valideynlərinə lazımi məsləhətlər verilərək evə göndərilib. İyunun 28-də saat 00:31-də uşaq 37.7 dərəcə qızdırma ilə təkrar xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib, ona ilkin tibbi yardım göstərilib, yuxarıda qeyd edilən diaqnoz bir daha təsdiqlənib. Uşağın həyatına təhlükə yarada biləcək hər hansısa problem müəyyən edilməyib.  

Baş vermiş hadisə ilə bağlı hazırda Cinayət Məcəlləsinə əsasən cinayət işi başlanılıb. İyunun 28-də mərhumun övladına xidmət göstərən həkim Cəfərov Elxan istintaq müddətində işindən uzaqlaşdırılıb. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi sözügedən xəstəxananın həyətində özünə qəsd etmiş vətəndaş İmamverdi İsmayılovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

OXŞAR XƏBƏRLƏR

Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan olunub - SİYAHI

 Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçe...

Yaşayış yerini tərk etməyə 3 halda icazə veriləcək

 Xəbər verdiyimiz kimi, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı,...

Bakıda metronun fəaliyyəti dayandırılır - RƏSMİ

 İyulun 4-ü saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. Sfera.az xəbər verir ki, bununla bağl...

Sərt karantin rejimi bu tarixədək uzadıldı - RƏSMİ

 Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və  M...

DİN-dən vətəndaşlara ÇAĞIRIŞ

 Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində COVİD-19 virusunun yayılmasının qarşısının alınması ilə ...

Azərbaycanda yüzlərlə şəxs koronavirusa yoluxdu, 8 nəfər vəfat etdi

Azərbaycanda 572  yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 364  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Sfe...