Universitetlərdə COVID-19 pasportu belə YOXLANILACAQ

Universitetlərdə COVID-19 pasportu belə YOXLANILACAQ
Ötən gün Təhsil Nazirliyi tərəfindən keçirilən brifinq zamanı ali təhsil müəssisələrində, kolleclər və digər təhsil müəssisələrində sentyabrın 29-dan əyani təhsilin başlayacağı qeyd edilib.

Sfera.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan, yaşı 18-dən yuxarı hər kəs COVID-19 pasportu və ya immunitet sertifikatı təqdim etməlidirlər. Vaksinə əks-göstərişi olanlara əks-göstəriş sertifikatı verilir və həmin sertifikat universitetlərə təqdim olunmalıdır.

Prosesə nəzarət təhsil müəssisələrinin rəhbərliyi tərəfindən aparılacaq.

Daxili İşlər Nazirliyi sözügedən qərarla bağlı ali təhsil müəssisələrində monitorinqlər aparılacağını, əyani tədrisə cəlb olunan 18 yaşdan yuxarı tələbələrin COVID-19 sertifikatı olmazsa, tələbənin yox, həmin təhsil müəssisəsinin rəhbərliyinin məsuliyyət daşıyacağını bildirib.

Bu qərara əsasən təhsil müəssisələrində nəzarətin hansı formada keçiriləcəyi ilə bağlı Trend universitetlərə sorğu ünvanlayıb.

Bakı Slavyan Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, müəllim heyətinin və tələbə kollektivinin peyvəndlənməsi çevik və mütəşəkkil şəkildə həyata keçirilir:

"Bakı Slavyan Universitetinin professor-müəllim heyətinin 90 faizindən çoxu, tələbə-gənclərinin isə hamısı peyvəndlənmənin hər iki mərhələsindən keçiblər. Hazırda Bakı Slavyan Universitetinin rəhbərliyi tərəfindən müəllim və tələbələrlə peyvənd edilməyin vacibliyi barədə maarifləndirmə işləri aparılır və bu proses səmərəli təşkil edilir. Müəllim və əməkdaşlar Bakı Slavyan Universitetinin hər iki tədris binasına daxil olarkən onların COVİD-19 vaksinasiyası üzrə məlumat forması qeydiyyata alınır və hərarətləri yoxlanılır. Bu iş universitetin mühafizə xidmətinin əməkdaşları tərəfindən həyata keçirilir. Ümumilikdə Bakı Slavyan Universitetində peyvənd olunma prosesi xüsusi diqqət mərkəzində saxlanılır.”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva isə qeyd edib ki, müəllim və texniki işçilərin 90 faizdən çoxu peyvənd olunub. Tələbələrin, müəllimlərin və universitet əməkdaşlarının COVID-19 pasportlarının yoxlanma prosesi üçün universitetin işçilərindən ibarət qrup yaradılıb. Universitetin girişində fəaliyyət göstərən həmin qrup COVID-19 pasportu və ya əks-göstəriş sertifikatı olmayan şəxslərin universitetə daxil olmasına icazə verməyəcək.

OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...