Unicapitalın xalis mənfəəti 31% artıb

Unicapitalın xalis mənfəəti 31% artıb
 

"Unicapital” İnvestisiya Şirkəti 2019-cu ilin maliyyə nəticələrini açıqlayıb. Ötən ilin nəticələrinə görə, 2018-ci il illə müqayisədə 2019-cu ildə "Unicapital”ın  əməliyyat gəlirləri 32% artıb, xalis mənfəəti isə 31% çoxalıb.

Unicapital 2019-cu ili 5 837 634 manat aktivlərlə başa çatdırıb ki, bu da əvvəlki illə müqayisədə 56% çoxdur. 2019-cu ilin sonuna Şirkətin ümumi kapitalı 1 430 016 manat təşkil edib. Ümumi kapitalın gəlirliyi isə 31.89% olub.

Nizamnamə kapitalı 100%-lik "Unibank”a məxsus olan "Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.

Unicapital yerli və xarici bazarlarda  qiymətli kağızlara yatırımı, qiymətli kağızların kapital bazarlarına buraxılması, habelə törəmə maliyyə alətləri ilə ticarət xidmətləri göstərir. "Unicapital” İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...