Unibankın dəstəyi ilə iki idmançımız Tokio-2020-yə lisenziya qazanıb
20:00 / 16.10.2019
9822
"Unibank”ın dəstək verdiyi paralimpiya komandası böyük uğura imza atıb. Güllə atıcılığı üzrə
milli paralimpiya komandasının iki idmançısı -Yelena Taranova və Kamran Zeynalov 7-17
oktyabr tarixlərində Avstraliyada keçirilən dünya çempionatında yüksək nəticə göstəriblər. Hər
iki paralimpiyaçı gələn il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Paralimpiya
Oyunlarında iştirak hüququ qazanıblar.
İndiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran dörd lisenziyadan
ikisinin məhz "Unibank”ın dəstək verdiyi komanda tərəfindən qazanılması qürurvericidir.
Unibank bütün idmançılarımıza uğurlar arzulayır.
Xatırladaq ki, Unibank 2018-ci ildə Azərbaycan bank sektorunda ən böyük KSM layihələrindən
birinə imza atıb. 2020-ci ilin yayınadək bank Azərbaycan Milli Paralimpiya Komitəsi nin Güllə
atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir.
Hədəf- TOKİO 2020!
Unibank- hər kəsin bankı!