Unibankdan sahibkarlara növbəti dəstək!

Unibankdan sahibkarlara növbəti dəstək!
 

Unibank xüsusi karantin rejimində biznes müştərilərinə daha bir güzəşt təqdim edib. Bank, POS-terminal və elektron kommersiya (e-commerce) partnyorlarına ekvayrinq komissiyalarında 50% endirim tətbiq edib. Bankın partnyorları olan sahibkarlar sentyabrın 30-dək POS-terminal və elektron kommersiya (e-commerce) üzərindən qəbul etdikləri ödənişlərə görə komissiya haqqının yarısını ödəməyəcək. Bu güzəşt, bankın bu sahədə fəaliyyət göstərən bütün partnyorlarını əhatə edir.

Xatırladaq ki, Unibank "Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank” nominasiyasının qalibi seçilib. 2019-cu ilin nəticələri əsasında aparılan dəyərləndirmə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən aparılıb. Ölkədə nağdsız əməliyyatların və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, hər zaman qaliblər sırasında olur.

Unibank bundan sonra da ölkədə elektron ticarətin və nağdsız ödənişlərin inkişafına öz dəstəyini verməkdə, biznes tərəfdaşlarına sərfəli əməkdaşlıq təklifləri etməkdə və müştərilərinə rahat nağdsız ödənişləri təqdim etməkdə davam edəcək.

 

Unibank- hər kəsin bankı!


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...