Unibank pandemiyadan zərər görən sahibkarlara güzəştli kreditlərin verilməsinə başlayıb

Unibank pandemiyadan zərər görən sahibkarlara güzəştli kreditlərin verilməsinə başlayıb
 
Unibank Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydasına uyğun olaraq, sahibkarlardan müraciətlərin qəbuluna başlayıb. Artıq pandemiyadan zərər görmüş bir sıra biznes sahibləri güzəştlərdən faydalanmaq üçün müraciət ediblər.

Sfera.az  xəbər verir ki, "Unibank” KB-nın Korporativ Bank xidmətləri departamentinin direktor müavini Samir Mustafayev bildirib ki, yeni qaydalar biznes üçün geniş güzəşt imkanlarını nəzərdə tutur və müvəkkil bank olaraq Unibank bu prosesdə birbaşa iştirakdan məmnundur: "Unibank hər zaman olduğu kimi bu gün də biznesin yanındadır. Pandemiyadn ziyan çəkmiş həm mövcud müştərilərimiz, həm də yeni muraciət edən biznes sahibləri bu güzəştlərdən faydalana bilər. Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına dövlət dəstəyi iki istiqamət üzrə ediləcək. Birinci güzəşt, pandemiyadan zərər çəkmiş biznes sahiblərinin mövcud kredit faizlərinin subsidiyalaşmasını nəzərdə tutur. Bu halda, mart ayından başlayaraq 1 il ərzində (2021-ci ilin martınadək) kredit faiznin 10%-i həcmində subsidiya ödəniləcək. Məsələn, sahibkar 13%-lə kredit götürübsə, faizin 10%-ni dövlət ödəyir, qalan 3%-ni sahibkar ödəyəcək. İkinci dəstək – pandemiyadan zərər çəkmiş biznes sahiblərinə güzəştli kreditlərin verilməsidir. Şərtlərə görə, güzəştli kredit 3 il müddətinə və 15%-dən yuxarı olmayaraq ayrılır. Bu halda kredit faizlərinin 50%-ni dövlət güzəşt edir. Məsələn, bank sahibkara 15%-lə kredit verir və bu faizin yarısını- yəni 7,5%-ni dövlət ödəyəcək. Yeni qaydalarda biznesə daha bir dəstək -girov olaraq dövlət zəmanətinin verilməsidir. Müştərinin girovu kredit götürməyə çatmırsa, dövlət kredit məbləğinin 60%-nə qədər zəmanət verir. Yəni 100 minlik kreditin 60 min manatı dövlət zəmanəti ilə veriləcək. Burda girov qismində dövlət zaminliyi durur”.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 10.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və //www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank-Biznesinizə daimi dəstək!

OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...