Un istehsalçılarına subsidiya verilməsi gözlənilir

Un istehsalçılarına subsidiya verilməsi gözlənilir
Son günlər dünyada buğdanın qiymətinin bahalaşması müşahidə edilir. Bu isə cəmiyyətdə un və un məmulatlarının bahalaşacağı barədə narahatlıqlar doğurur. Dünəndən Azərbaycanda bəzi çörək növlərinin qiymətinin artması bu narahatlıqları daha da artırıb.

Sfera.az xəbər verir ki, ölkədə un istehsalı sahəsində fəaliyyət göstərən fabriklərdən birinin direktoru Arif Həsənov "Report”a açıqlamasında bildirib ki, Azərbaycanda unun bahalaşması gözlənilmir:

"Unun qiyməti qalxmayıb. Un istehsalı ilə bağlı dövlətin subsidiya ayrılması gözlənilir, ona görə də unun qiymətinin qalxması ehtimalı yoxdur. Buğda bahalaşıb. Rusiyada və elə Azərbaycanda da yerli buğda çox bahadır. Unun bahalaşmasının qarşısını almaq üçün dövlət un istehsalını subsidiyalaşdırmağı planlaşdırıb”.

A.Həsənovun sözlərinə görə, dövlətin bu addımı unun bahalaşmasına maneə olacaq:

"Yəqin ki, bu günlərdə bu barədə qərar çıxacaq. Un istehsalına subsidiya verilməlidir. İlin əvvəlində də dövlət un istehsalçılarına subsidiya vermişdi. Sadəcə indi buğda hədsiz bahalaşıb. Ona görə də verilən subsidiyanın miqdarının çox olacağı gözlənilir. Bu isə unun qiymətinin qalxmasının qarşısını alacaq. Dövlət də bu addımı elə bunun üçün atır”.

A.Həsənov bildirib ki, bu yaxınlarda un istehsalçılarına subsidiya verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyində görüş keçirilib:

"Təxminən on gün bundan öncə iqtisadiyyat naziri Mikayil Cabbarov bu məsələ ilə bağlı görüş keçirmişdi və bu görüşdə biz də iştirak etdik. Bundan 4-5 gün əvvəl isə Baş nazirin müavini Şahin Mustafayevin də keçirtdiyi görüşdə olduq. Bu görüşlər hamısı onunla əlaqədar idi ki, dövlət unun qiymətinin qalxmaması üçün subsidiya verməyi planlaşdırır”.

"Unun qiyməti qalxmazsa, çörəyin də qiyməti qalxmaz. Hardasa bir-iki istehsalçı qiymət qaldırırsa, bu başqa məsələ. Amma ümumilikdə geniş mənada Azərbaycanda çörəyin qiyməti qalxmayıb”, - deyə A.Həsənov əlavə edib.

Qeyd edək ki, dünəndən ölkədə bəzi çörək növlərinin qiymətində artım müşahidə olunub. Belə ki, çörək istehsalı ilə məşğul olan firmalardan ikisi çörək növlərindən asılı olaraq qiymətləri 5-10 qəpik civarında artırıb.

Hazırda dünya ölkələrinin 80 %-inin buğdaya olan tələbatının idxaldan asılılığı və əksər istehsalçı ölkələrdə istehsal və ixracın azalması qlobal miqyasda ərzaq buğdasının istehlakında ciddi çətinlikləri meydana çıxarıb. Məlumat üçün deyək ki, qardaş Türkiyədə buğda ilə özünütəminetmə səviyyəsi təxminən 70 %, Azərbaycanda isə 58 % təşkil edir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

SOCAR prezidenti: “Gürcüstanda azərbaycanlıların sosial rifahının yüksəldilməsi əsas vəzifələrimizdən biridir”

"SOCAR Gürcüstanda biznes fəaliyyətinin inkişafı ilə yanaşı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu ölkədə yaşayan soydaşlarımızın sosial şəraitin...

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 17-də 76,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki gö...

Mərkəzi Bank sərt pul-kredit siyasətinə keçir – Faizlər bir qədər də artırıla bilər

Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin sentyabrın 17-də uçot dərəcəsini artırdı.  Mərkəzi Bankın uçot dərəcəsini artırmasına səbəb ölkəmizdə bu ilin i...

Ölkəyə avtomobil idxalı 40 faizdən çox artdı

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan 56 361 avtomobil idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,13 faiz çoxdur. Sfera.az bu b...

Azərbaycanın valyuta ehtiyatları rekord səviyyəyə çatdı

Azərbaycanın strateji valyuta ehtiyatları 8 ayda 4,8% (2,4 mlrd. ABŞ dolları) artaraq 53,2 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlib. Sfera.az Mərkəzi Banka ...

Mərkəzi Bank uçot dərəcəsini artırdı - 5 illik fasilədən sonra

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,25%-dən 6,5%-ə, dəhlizin aşağı həddinin 5,75%-dən 6%-ə, yuxarı həddinin isə 6,75%-dən 7%-...