"Ueska" La Liqaya qayıtdı

 

"Ueska" vaxtından əvvəl İspaniya futbol çempionatının birinci divizionuna qayıda bilib.

Sfera.az xəbər verir ki, ikinci divizionun 41-ci turunda komanda "Numansiya” futbolçuıarını 3:0 hesabı ilə məğlub edib.

"Ueska" son oyuna bir tur qalmış 67 xal toplayaraq aktivində 63 xal olan "Almeriya" üçün çatmaz oldu. Daha əvvəl birinci diviziona "Kadis" komandası yüksəlmişdi.

 

Klub tarixində ikinci dəfədir ki birinci diviziona çıxır. İlk dəfə komanda bu divizionda 2018/19-cu mövsümdə oynayıb.

OXŞAR XƏBƏRLƏR