İdman

UEFA Türkiyə-Azərbaycan oyununun yerini və vaxtını açıqladı

UEFA Türkiyə-Azərbaycan oyununun yerini və vaxtını açıqladı
 
UEFA "AVRO-2020"nin final mərhələsinin iştirakçılarının turniröncəsi yoldaşlıq matçlarının təqvimini açıqlayıb.

Sfera.az xəbər verir ki, qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək yığmaların da yoxlama görüşlərinin vaxtı və yeri müəyyənləşib.

Türkiyə milllisi qitə çempionatına hazırlıq məqsədi ilə 4 yoxlama oyunu keçirəcək. İlk oyun martın 27-də Lyublyanada Sloveniyaya qarşı olacaq. Qardaş ölkə millisi 3 gün sonra Vyanada Avstriya ilə qarşılaşacaq. "Ay-ulduzlular" mayın 26-da Azərbaycan millisi ilə qarşılaşacaq. Bu görüş Antalyada baş tutacaq. Şenol Güneşin baş məşqçisi olduğu kollektiv "AVRO-2020"yə hazırlığı iyunun 1-də Osiekdə Xorvatiyaya qarşı keçiriləcək oyunla yekun vuracaq.

Qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək yığmalardan İsveçrə də 4 oyun keçirəcək. İsveçrəlilər martın 26-da Dohada Xorvatiya, 30-da Belçika, mayın 31-də Bazeldə Almaniya, iyunun 4-də isə Lixtenşteynlə qarşılaşacaq.

Uels millisinin isə hələlik 2 rəqibi müəyyənləşib. Britaniyalılar martın 27-də Suonsidə Avstriya, 3 gün sonra isə Kardiffdə ABŞ seçməsi ilə yoldaşlıq oyununda üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.(Fanat.az)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930